20:52 17 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Rail Baltica” dəmir yolu xətti NATO-nun hərbi texnikalarının daşınması üçün uyğunlaşdırılacaq
ANA SƏHİFƏ / DÜNYA
13:25 27.11.2020

"Rail Baltica” dəmir yolu xəttinin inşası çərçivəsində NATO bölmələrinin ağır texnika ilə Litvadakı hərbi təlimlərdə iştiraka gələrkən çətinliklə üzləşməməsi məqsədilə hərbi texnikalar üçün 4 meydançanın inşası nəzərdə tutulur.

AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə Litva Dəmir Yolları İdarəsi məlumat yayıb.

Bildirilir ki, texnikaların qatarlara yüklənməsi və boşaldılması baxımından əlverişli olan meydançalar 2026-cı ilədək Kazlu-Ruda bölgəsində, Palemonasdakı Kaunas intermodal terminalında, Yonava və Panevijes məntəqələrində qurulacaq. Bu meydançaların təxminən 300 texnikaya sahib 3 heyəti eyni vaxtda qəbul edəcəyi ehtimal olunur. Meydançalar avtomobil yolu şəbəkəsinə də qoşulacaq.

Qeyd edək ki, hazırda dəmir yolu ilə daşınan NATO hərbi texnikaları Polşa ilə sərhəddə − Şeştokay terminalında boşaldılır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM