27 Noyabr 2020 13:24
466
SİYASƏT
A- A+

Vyetnamda keçirilən konfransda Ermənistanın Qarabağla bağlı yalanları ifşa edilib


Vyetnamın ən böyük media şirkətlərindən olan "Vyetnamın səsi” Teleradio Holdinqinin binasında Azərbaycanın bu ölkədəki səfirliyi, Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə "Məsuliyyətli jurnalistika saxta xəbərlərə qarşı” mövzusunda konfrans keçirilib.

Səfirlikdən AZƏRTACA-a bildiriblər ki, Vyetnamın aparıcı KİV rəhbərləri və jurnalistlərinin, elm və təhsil müəssisələrinin nümayəndələrinin, ictimai xadimlərinin, diplomatların iştirak etdikləri tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Anar İmanov jurnalistlərin müxtəlif hadisələrin, o cümlədən beynəlxalq məsələlərin işıqlandırılmasında məsuliyyətli olmalarının, ictimaiyyətə baş verən hadisələr barədə dürüst, yoxlanılmış və etibarlı mənbələrə əsaslanan məlumatların çatdırılmasının vacibliyini vurğulayıb. O, Ermənistan-Azərbaycan münaqişəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyinə baxmayaraq, işğal 30 ilə yaxın davam edib.

A.İmanov Ermənistanın sentyabrın 27-də növbəti təxribatı, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı barədə danışıb. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın qələbəsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnib. Diplomat Vyetnam mətbuatında Ermənistanın son təcavüzünü, Azərbaycan şəhər və kəndlərinin, mülki əhalisinin atəşə tutulmasını, habelə Azərbaycan xalqının Vətən müharibəsini əks etdirən təxminən 400 məqalənin dərc edildiyini diqqətə çatdırıb, obyektiv yanaşmaya görə Vyetnam jurnalistlərinə təşəkkür edib. Bununla yanaşı, Vyetnam mətbuatında bəzi xarici mətbu orqanlarına istinadla yalan məlumatların yayımlandığını təəssüflə qeyd edən diplomat Vyetnam jurnalistlərini daha məsuliyyətli olmağa, münaqişə ilə bağlı məlumatları yaydıqda Ermənistanın təsiri altında fəaliyyət göstərən xarici KİV-lərə istinad etməməyə çağırıb.

Son qarşıdurma zamanı Ermənistan tərəfinin ölkəmiz ilə bağlı xeyli saxta məlumatlar yayması barədə məlumat verən A.İmanov informasiya müharibəsində nankor düşmənin bir çox çirkin əməllərə əl atdığını bildirib.

Tədbirdə Ermənistan yalanlarını ifşa edən fotomateriallar nümayiş etdirilib.

Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktoru Dao Suan Tien Cənubi Qafqazda baş verən hadisələrin Vyetnam mətbuatında düzgün işıqlandırılması məqsədilə Mərkəz tərəfindən ölkənin aparıcı mətbu orqanları ilə mütəmadi şəkildə əməkdaşlıq aparıldığını deyib. O, Azərbaycan həqiqətlərinin Vyetnam cəmiyyətinə düzgün şəkildə çatdırması üçün jurnalistlərin rəsmi və yoxlanılmış mənbələrə əsaslanmasının vacibliyini qeyd edib, ölkə barədə məlumat hazırladıqları zaman Azərbaycanın Vyetnamdakı səfirliyi ilə sıx əməkdaşlıq etməyə çağırıb.

Vyetnam Jurnalistika Akademiyasının beynəlxalq əlaqələr departamentinin müdiri Nquyen Nqok Oanh, Vyetnam Diplomatik Akademiyasının kommunikasiya fakültəsinin müəllimi Le Than Bin, Vyetnam Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "Dünya və Vyetnam hesabatı” xəbərlər agentliyinin redaktoru Do Suan Tonq, habelə Vyetnamın tanınmış diplomatları, nüfuzlu jurnalistlər çıxış edərək, ictimaiyyətə dürüst məlumatların çatdırılmasında jurnalist peşəsinin məsuliyyəti ilə bağlı fikir mübadiləsi aparıb, Vyetnam qanunvericiliyində qərəzli və yalan məlumatların yayılması ilə bağlı cəza tədbirlərinin nəzərdə tutulduğunu qeyd ediblər.

Çıxışlarda beynəlxalq məsələlər ilə bağlı ilk öncə həssas mövzuların, o cümlədən münaqişələrin işıqlandırılmasında etibarlı mənbələrə istinad edilməsinin vacibliyi vurğulanıb. KİV nümayəndələri Qarabağ məsələsini işıqlandırarkən Azərbaycan səfirliyi ilə daha sıx əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

Konfransda Azərbaycan həqiqətlərini əks etdirən videolar nümayiş etdirilib, iştirakçılara "İrs” jurnalının Vyetnam dilində buraxılışları təqdim olunub.

Tədbirdə Qarabağ münaqişəsi barədə Vyetnam dilində geniş məlumatları əks etdirən www.karabakh.vn saytının təqdimatı keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video