12:54 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:47 22.01.2021

Co Bayden Ağ evdə


00:40 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ADA Universiteti Pakistanın Strateji Araşdırmalar Mərkəzi ilə birgə onlayn beynəlxalq konfrans təşkil edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:23 27.11.2020

Noyabrın 26-da ADA Universiteti Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi ilə birgə "Azərbaycan-Ermənistan Silahlı Münaqişəsi: Cənubi Qafqazın regional dinamikasının səbəb və nəticələri” mövzusunda beynəlxalq konfrans keçirib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlayn konfransda çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycanın Pakistandakı səfirliyinin 2-ci katibi Samir Quliyev, ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin müəllimi Azər Babayev, hərbi attaşe, polkovnik Mehman Novruzov Azərbaycan tərəfinin özünümüdafiə və sülhə məcburetmə əməliyyatının regionun siyasi və iqtisadi mənzərəsinə təsirlərindən bəhs ediblər.

Pakistan tərəfindən konfransa qoşulan çıxışçılar - Qlobal və Strateji Araşdırmalar Mərkəzinin Baş Məsləhət Şurasının üzvü Şahid Həşmət, regional və geosiyasi məsələlər üzrə analitik Mehmud Xan Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin Cənubi Qafqazın təhlükəsizliyinə təsirlərinə, regional və digər güclərin münaqişə ilə bağlı mövqeyinə toxunublar. Xarici ekspertlər qeyd ediblər ki, bu münaqişənin həllini tapması beynəlxalq münasibətlər sistemindəki dəyişikliklərdən xəbər verir.

Prorektor Fariz İsmayılzadə münaqişənin yenidən başlaması ilə Cənubi Qafqazda tektonik dəyişikliklərin özünü göstərdiyini, 30 ilə yaxın işğal altında olan ərazilərimizin işğaldan azad edildiyini və Azərbaycan ərazilərinin geri qaytarılması ilə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasının təmin olunduğunu vurğulayıb.

Hərbi attaşe, polkovnik Mehman Novruzov Azərbaycanın 44 günlük münaqişədə tətbiq etdiyi hərbi strategiyadan və münaqişənin mənfi nəticələrini minimuma endirmək üçün istifadə etdiyi hərbi-texniki avadanlıqlardan, erməni tərəfi üçün gözlənilməz istiqamətdə Şuşaya daxil olan Azərbaycan hərbçilərinin yaxın məsafədə apardığı uğurlu döyüşlərdən söhbət açıb.

Azərbaycanın Pakistandakı səfirliyinin 2-ci katibi Samir Quliyev qeyd edib ki, müstəqillik dövründə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində bir çox vacib beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatlara üzv ölkələrin Azərbaycanın tərəfində olduğunu bildirən S. Quliyev BMT Baş Assambleyasının ölkəmizin ərazi bütövlüyünü əks etdirən qətnamələrini xatırladıb.

Əsas natiqlər sırasında yer alan ADA Universitetinin müəllimi Azər Babayev vurğulayıb ki, Dağlıq Qarabağ ərazisi mübahisəli ərazi kimi təqdim edilməyə çalışılsa da, bu, mübahisəli ərazi deyil, beynəlxalq hüququn da təsdiqlədiyi kimi, Ermənistan tərəfindən işğal edilmiş ərazi idi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM