27 Noyabr 2020 01:14
647
SİYASƏT
A- A+

Fransa Senatında müzakirələr, yoxsa əvvəlcədən hazırlanmış teatr tamaşası


Fransa parlamentinin yuxarı palatası olan Senatda qondarma "Dağlıq Qarabağ respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi ermənipərəst senatorlar tərəfindən irəli sürüldü və qəbul olundu. Bu, adından da göründüyü kimi, müstəqilliyin tanınması yox, tanınmasının zəruri hesab olunması təklifidir.

Odur ki, bu sənəd heç bir hüquqi əsasa malik deyil, hökumət tərəfindən qəbul edilməyib, rəmzi xarakter daşıyır.

Qərəzli sənədin qəbulu Fransadakı erməni lobbisinin etimadını itirməmək baxımından da "vacib” idi. Çünki 44 günlük müharibədə Ermənistanın məğlub olması və 10 noyabr tarixli bəyanatla kapitulyasiya etməsi erməni lobbisinin də etimadına böyük zərbə oldu. Həmçinin sənəd Fransadakı erməni seçiciləri razı salmaq məqsədini də daşıyır. Xüsusilə də sənədin müəlliflərindən olan Brüno Rötayonun 2022-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyi gözlənilir. Erməni seçiciləri əldə saxlamaq üçün indiki vəziyyətdə bu yararsız sənədin namizədə çoxlu səs gətirəcəyi gözlənilir.

Qətnamə təklifinin müzakirə olunduğu gün AZƏRTAC-ın Senatda olan xüsusi müxbiri bildirib ki, müzakirələrin aparıldığı iclas əvvəlcədən hazırlanmış teatr tamaşasını xatırladırdı. Qatı ermənipərəst senatorlar aktyorlar kimi səhnəyə qalxaraq onlar üçün hazırlanmış mətni oxuyur və tribunadan düşüb zalda yerlərini tuturdular. Ancaq senator-aktyorlar rollarını lazımi səviyyədə də oynamağı bacarmırdılar. Onlar heç Azərbaycan ərazilərinin adlarını belə düzgün oxuya bilmirdilər. Adının çəkilməsini istəməyən senator deyir ki, hətta onlardan Dağlıq Qarabağı xəritədə göstərməyi xahiş etsəniz, göstərə bilməyəcəklər. Çünki heç bilmirlər ki, Qarabağ haradadır.

Müzakirələrdə gözlənildiyi kimi, yalnız ermənipərəst senatorlar çıxış etdi və hər biri eyni iddiaları səsləndirirdi. Diqqəti cəlb edən məqamlardan biri də çıxış edənlərin Türkiyəyə qarşı hücumları idi. Onlar Türkiyənin qarşısını almağa çağırışlar edirdilər. Sonda qondarma "respublikanın tanınmasının zərurəti”nə gəldikdə, Azərbaycanın adı çəkilirdi. Çıxış edən senatorların hər biri Türkiyənin son vaxtlar güclənməsini həzm edə bilmədiklərini açıq şəkildə və aqressivliklə nümayiş etdirirdilər.

Müzakirələrin sonunda Fransa Xarici Əlaqələr və Avropa Nazirliyinin dövlət katibi Jan Batist Lö Muan çıxış edərək bu təklifin qəbul olunmasının xoşagəlməz nəticələr doğuracağını dedi. O, Fransanın Minsk qrupu çərçivəsində nüfuzunu itirəcəyini qeyd etdi.

Beləliklə "azadlıq, bərabərlik və qardaşlıq” prinsipindən, demokratiyadan dəm vuran bir ölkədə hər kəs daha bir ədalətsizliyin, qərəzliliyin, ermənipərəstliyin, ikili standartın şahidi oldu. Bu qərəzli sənədin qəbulu həm də regiondakı vəziyyətə müdaxilə xarakterli ciddi təxribat kimi də qiymətləndirilməlidir. Yoxsa heç bir ölkənin, hətta Ermənistanın özünün belə tanımadığı qondarma qurumu tanımaq təklifi başqa nəyə xidmət edə bilər?

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video