26 Noyabr 2020 22:22
474
SİYASƏT
A- A+

Şamil Ayrım: Senatın üzvləri dünyaya göstərdilər ki, Fransa Qarabağ məsələsində heç vaxt ədalətli olmayıb


Fransa Senatının Qarabağla bağlı qəbul etdiyi qətnamə təkcə beynəlxalq hüquqa qarşı təhdid deyil, eyni zamanda, bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri kimi uzun illər ədalətsiz mövqedə olduğuna dair ciddi şübhələr ortaya çıxarır. Başqa sözlə, Senatın üzvləri bu qərarla bütün dünyaya göstərdilər ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ məsələsində heç vaxt ədalətli olmayıb. Onlar bütün bu həqiqətləri öz fəaliyyətləri ilə nümayiş etdirdilər. Bu qərarı ədalətsiz hesab edir və kəskin şəkildə qınayırıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ifadə edib.

Azərbaycanın 44 günlük savaşda şanlı Zəfər qazandığını diqqətə çatdıran millət vəkili deyib: "Bu müharibənin real nəticəsi Qafqaz bölgəsinə sülh, sabitlik və inkişaf vəd edir. Prosesin bu məcrada inkişafı dünyanın bütün sülhsevər qüvvələri tərəfindən dəstəklənməlidir. Çünki müzəffər Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları ilə BMT-nin Azərbaycanın müstəqilliyinin tanınması və ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı qətnamələrinin, eləcə də bu istiqamətdə digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin tələblərini yerinə yetirib. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi dəfələrlə münaqişənin həllinə tərəfdar olduğuna və buna səy göstərdiyinə dair bəyanat verib. Fransa Prezidenti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. İndi haqlı bir sual yaranır: "Ortadakı ziddiyyətin məqsədi nədir”. Deməli, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ məsələsində heç vaxt ədalətli olmayıb və münaqişənin beynəlxalq hüququn tələb etdiyi şəkildə həllinə maraq göstərməyib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video