15:37 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin deputatları QDİƏT PM-in 56-cı plenar iclasında iştirak ediblər
ANA SƏHİFƏ / SİYASƏT
00:59 26.11.2020


Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin videokonfrans formatında 56-cı plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisin deputatı, QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri və bu qurumun sədr müavini Eldar Quliyev, nümayəndə heyətinin üzvləri - deputatlar Musa Quliyev, Ramin Məmmədov və Elşad Mirbəşiroğlu iştirak ediblər.

İclası açan QDİƏT Parlament Məclisinin sədri, Yunanıstan parlamentinin spikeri Konstantin Tassulas görüləcək işlərdən danışıb, təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.

Əvvəlcə iclasın gündəliyi və Parlament Məclisinin 55-ci plenar iclasının protokolu təsdiqlənib, qurumun fəaliyyətinə dair hesabat dinlənilib, bir sıra təşkilati məsələlərə baxılıb.

Sonra İqtisadi, ticarət, texnologiya və ekologiya məsələləri, Hüquqi və siyasi məsələlər və Mədəniyyət, təhsil və sosial məsələlər komitələrinin iclasları keçirilib. Hər üç komitədə "Pandemiya ilə mübarizədə parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb.

QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri və bu qurumun sədr müavini Eldar Quliyevin sədrliyi ilə keçirilən Hüquqi və siyasi məsələlər komitəsinin iclasında pandemiya ilə mübarizədə parlamentlərin rolunun hüquqi və siyasi aspektləri müzakirə olunub. Məruzə layihəsi səsə qoyularaq qəbul edilib.

Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin iclasında isə məruzə ilə çıxış edən QDİƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev pandemiya ilə mübarizədə parlamentlərin rolunun sosial aspektləri barədə danışıb. Bildirib ki, COVID-19-la bağlı Qara Dəniz İqtisadi Əməkdaşlığı regionu ölkələrinin göstəriciləri dünyadakı vəziyyətin fonunda ümid verir ki, hazırda region ölkələri tərəfindən pandemiyaya operativ reaksiya verilməsi nəticəsində pis vəziyyətlə üzləşməkdən qaçmaq mümkün olub. Amma ehtiyatı əldən vermək olmaz və daim sanitar-epidemioloji davranış mədəniyyətini yüksəltmək lazımdır.

Musa Quliyev diqqətə çatdırıb ki, COVID-19-un səhiyyə və sosial müdafiə sahəsində yaratdığı böhranın və onun nəticələrinin öhdəsindən gəlmək və bərpa prosesi üçün pandemiya başa çatdıqdan sonra region ölkələri üçün yeni səhifə açıla bilər. Pandemiya bir daha göstərdi ki, müasir dünyada qlobal fəlakət qarşısında heç kəs tək davam gətirə bilməz. Dünya ictimaiyyətinin pandemiyaya qarşı mübarizədə öz səylərini birləşdirməsi və onun nəticələrini aradan qaldırması üçün kifayət qədər resursu var. Yalnız dünya ictimaiyyətinin vahid gücü ilə gələcəkdə qarşıya çıxacaq təhlükələrə qalib gəlmək mümkündür.

Sonra məruzə layihəsi ətrafında müzakirələr aparılıb, qeyd və təkliflər səsləndirilib. Layihə səsə qoyularaq təsdiqlənib.

İclasda bir sıra maliyyə məsələlərinə də baxılıb, rotasiya qaydasında təşkilata sədrlik Moldovaya təhvil verilib.

Bununla da QDİƏT PM-in 56-cı plenar sessiyası başa çatıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM