13:59 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türk Ticarət və Sənaye Palatasının 2-ci Baş Assambleyasının iclası keçirildi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:58 26.11.2020


Noyabrın 24-də Türk Ticarət və Sənaye Palatasının (TCCI) 2-ci Baş Assambleyasının onlayn formatda görüşü keçirilib. Görüşdə gündəlikdə duran on iki məsələ, o cümlədən Türk Ticarət Evlərinin yaradılması, biznes-forumlar, B2B görüşlərin keçirilməsi, ötən müddətdə qurumun təşkilatlanması və sair məsələlər müzakirə edilib.

Açılış sessiyasında çıxış edən Türkiyə Odalar və Borsalar Birliyinin, Türk Ticarət və Sənaye Palatasının prezidenti M.Rifat Hisarcıklıoğlu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun qələbə qazanması münasibətilə Azərbaycan xalqını və bütün türk dünyasını təbrik edib. Palata rəhbərlərinin noyabrın 2-də Bakıda keçirilən görüşü haqqında yüksək fikirlər səsləndirən R.Hısarcıklıoğlu Azərbaycanda alınan qərarların icrasına başlanıldığını vurğulayıb. "Layihələrinizi gözləyirəm, tarixi İpək Yolunun hamımız tən ortasındayıq və bu koridoru fəal şəkildə istifadə etməliyik. Bildirim ki, ilk Türk Ticarət Evinin Azərbaycanda açılmasına qərar verdik”, - deyə M.Rifat Hisarcıklıoğlu qeyd edib.

Türk Şurasının Baş katibi cənab Bağdad Amreyev Azərbaycanı böyük qələbə münasibətilə təbrik edərək noyabrın 2-də Bakıda keçirilən görüş əsnasında nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsini böyük məmnuniyyətlə xatırladıb. O, üzv təşkilatlara təklif edib ki, öz ölkələrinin iqtisadi imkanları, potensialları barədə məlumatları ümumi platformada bölüşsünlər. Baş katib müxtəlif istiqamətlərdə təşkilatın fəaliyyətini aktivləşdirməyi, qadın və gənc sahibkarların dəstəklənməsi ilə bağlı təkliflərlə çıxış edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakı görüşü ilə bağlı dəyərli fikirlərə görə iştirakçılara təşəkkürünü bildirib. "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrünə qədəm qoyduq. İlk Türk Ticarət Evinin Azərbaycanda yaradılması ilə bağlı qərarınızı yüksək qiymətləndiririk”, - deyə qeyd edib.

İclasda TCCI üzvləri arasında Əmtəə Birjalarının qurulması, Qadın və Gənc Sahibkarlar Komitələrinin yaradılması üçün Türk Modelləri, "Onlayn təlim: KOBİ-lər və Elektron Ticarət üçün Rəqəmsal Transformasiya” mövzularında təqdimatlar edilib. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyası TOBB-un təcrübəsi əsasında Goranboy rayonunda pilot əmtəə birjasının yaradılması barədə razılıq əldə edib.

Sonra iclasda Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Laszlo Parragh, Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev, Özbəkistan Ticarət və Sənaye Palatası sədrinin birinci müavini İslam Jasimov, Qazaxıstan Sahibkarların Milli Palatasının Qazaxıstan Beynəlxalq Ticarət Palatasının rəhbəri Ayan Yerenov və digərləri çıxış ediblər. Laszlo Parragh Azərbaycan ilə Macarıstan arasında iqtisadi əməkdaşlığın genişləndiyini vurğulayaraq, ölkəmizə iqtisadi uğurlar arzulayıb.

Qazaxıstan, Özbəkistan və Qırğızıstanın palata rəhbərləri Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik edərək, Bakı görüşündə yüksək səviyyədə qəbul olunduqları üçün möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Sonda assambleya gələn il Qırğızıstanın təşkilatçılığı ilə 3-cü Türk Biznes Forumunun, Macarıstanın təşkilatçılığı ilə Türk-Macar Biznes Forumu və B2B görüşlərinin keçirilməsi barədə qərarını elan edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM