15:05 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakı sakinləri Kəlbəcərin işğaldan azad olunmasını avtoyürüşlə qeyd ediblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:56 26.11.2020


Noyabrın 25-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması müjdəsini verdikdən sonra Bakı şəhərində avtomobil yürüşü keçirilib. Heydər Əliyev Mərkəzindən start götürən yürüş iştirakçıları paytaxtın küçə və prospektlərindən keçərək Şəhidlər xiyabanına doğru hərəkət ediblər.

Əllərində Azərbaycan, Türkiyə və Rusiya bayraqları tutan insanlar "Kəlbəcər azaddır!”, "Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu!”, "Qarabağ Azərbaycandır!” şüarları səsləndirib, müzəffər Ali Baş Komandanın portretini başları üzərinə qaldırıblar.

AZƏRTAC xəbər verir ki, daha bir yürüş Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyin qarşısından başlayaraq Şəhidlər xiyabanına, oradan da "Azneft” meydanına istiqamət götürüb. Şəhidlər xiyabanını ziyarət edən paytaxt sakinləri və kəlbəcərlilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıblar.

Yürüş iştirakçılarından bir neçəsi sevinc hisslərini AZƏRTAC-la bölüşüb.

Paytaxt sakini Reyman Ağrılı deyib: "Bu gün Azərbaycanımızın qələbəsini qeyd edirik. Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər artıq azaddır. Müzəffər Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti və rəşadətli Ordumuzun şücaəti, xalqın öz lideri ətrafında yumruq kimi birləşməsi Qələbəmizi təmin etdi. Ordumuz qısa müddətdə mənfur düşməni diz çökdürdü. Dünya Azərbaycan Ordusunun gücünü bir daha gördü”.

Digər müsahibimiz Kənan Əsgərov qüdrətli Azərbaycan dövləti və ordusu ilə fəxr etdiyini bildirib. O, işğal altındakı ərazilərimizin azad edilməsinin tarixi hadisə olduğunu vurğulayaraq deyib: "Prezidentimiz və Ordumuz müasir Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazdılar. Əsgər və zabitlərimiz yeni qəhrəmanlıq dastanına imza atdılar. Bu gün hər kəs dövlətimiz və ordumuzla qürur duyur. Yaşasın Azərbaycan!”

Yürüş iştirakçılarından Elvin Buruzov və Şikar Əzimov deyiblər ki, Kəlbəcərin işğaldan azad olunmasını görmək böyük xoşbəxtlikdir.

"Bu gün çox sevincliyik. Hər dəfə torpaqlarımız işğaldan azad olunanda hədsiz sevinc və qürur duyuram. Xalqımıza qələbə yaraşır. Qoy bu sevincli günlərimiz daha da çox olsun”, - deyə avtoyürüşdə iştirak edən Ramilə Vəliyeva bildirib.

Digər həmsöhbətlərimiz də Kəlbəcərin azad olunmasını daha bir şanlı zəfər kimi qiymətləndirib, Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərdə üçrəngli bayrağımızın dalğalanmasından keçirdikləri qürur hisslərini dilə gətiriblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM