14:12 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:54 26.11.2020


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, 44 günlük müharibə dövründə agentlik erməni təxribat və terrorundan zərər çəkən şəxslərlə, ailələrlə görüşərək, onlara ehtiyac duyduqları psixoloji xidmətləri göstərib. Terror qurbanı olmuş şəxslərin ailələrinin sosial vəziyyətlərinin qiymətləndirilməsi, onlara göstəriləcək sosial dəstək tədbirlərinin müəyyənləşdirilməsi işləri də aparılıb.

Postmüharibə dövrü üçün psixoloji dəstək tədbirləri çərçivəsində həmin işlər davam etdirilməklə, eyni zamanda şəhid ailələrinin üzvləri, hərbi xidmət zamanı yaralanaraq evinə qayıdan şəxslər psixoloji dəstəklə əhatə edilir. Qurumda yaradılmış peşəkar psixoloq və psixiatrlardan ibarət qrup ilk mərhələdə Bakı, Sumqayıt, Yevlax, Gəncə, Bərdə, Tərtər, Şirvan, Ağcabədi, Ağdam şəhər və rayonlarında həmin kateqoriyadan olan şəxslərə xidmətlərə başlayıb.

Bu xidmətlərə onlar üçün psixo-maarifləndirmə işlərinin aparılması, terapiyaların, fərdi və qrup şəklində konsultasiyaların keçirilməsi və s. daxildir. Psixoloji yardıma ehtiyacı olanlar aşkarlanaraq qeydiyyata alınır, məskunlaşdıqları ərazilər üzrə psixoloqlara müvafiq bildiriş və tövsiyələr də verilir.

Son günlərdə isə agentlikdə yeni bir xidmət - müharibədən zərərçəkənlər üçün onlayn "Psixoloji dəstək xətti” (050 406 75 85) fəaliyyətə başlayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM