15:02 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mövsümi xəstəliklər də koronavirusa “can verən”lərdəndir
ANA SƏHİFƏ / SƏHIYYƏ
00:39 26.11.2020


Bəşəriyyəti ölümlə hədələyən xəstəliklərin sayı son illər artmaqda davam edir. Tibb elminin, eləcə də səhiyyənin inkişaf etdiyi XXI əsrdə bu, əlbəttə, ürəkaçan fakt deyil. Bunun üçün Ümumdünya Səhiyyə Təşkilatı da həyəcan təbili çalmaqdadır. Son bir il ərzində Çindən yayılan COVID-19 koronavirus pandemiyası ilə əlaqədar dünyasını dəyişənlərin sayı da bu həyəcanı artırır. Ötən ilin təxminən bu vaxtlarından başlayaraq epidemiya çərçivəsindən çıxıb pandemiyaya çevrilən, iqtisadi-humanitar böhran yaradan koronavirusla mübarizə ümumxalq hərəkatı olsa belə, dünya xalqları onun qarşısının alınmasında hələ ki aciz qalıblar.

Mütəxəssislərin fikrincə, bu bəladan xilas olmağın yolları o qədər də çətin deyil. Lakin burada bir sıra vacib məqamlar var ki, unudulur. Qrip kimi bizə tanış olan, mövsümi xarakterli, soyuqdəymənin təzahürləri ilə özünü göstərən koronavirus təhlükəli olsa da, ondan qorunmaq bir qədər sadə və asandır.

Azərbaycan Tibb Universitetinin Sitologiya, Embriologiya və Histologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Eldar Qasımovla söhbətimiz də məhz insanların sağlamlığının qeydinə vaxtında qalmamasından, laqeydlikdən müalicəsi belə mürəkkəbləşən, onkologiya, histologiya qədər təhlükəli olan koronavirusa yoluxmalarla bağlı oldu. Professor həyat və elmi təcrübəsinə əsaslanaraq bildirdi ki, insanların koronavirusa yoluxmalarına əsas səbəb ilk növbədə saymamazlıqdan, sanitariya-gigiyena qaydalarına, özünə və ətrafına laqeydlikdən başlayır. Xüsusən, həssas qrup hesab edilən yaşlılar və azyaşlıların qorunması orta nəsilin üzərinə böyük məsuliyyət qoyur: "Pandemiyanın yayıldığı ilk gündən Azərbaycan hökumətinin qabaqlayıcı tədbirləri özünün yüksək nəticələrini göstərdi. Xırdalamaq, sadalamaq istəmirəm, bütün istiqamətlərdə xalqımızla dövlətimizin birliyi bizi ilk mərhələdən sağ-salamat çıxardı. Bu, ÜST-ün də hesabat məlumatlarında yer aldı. Yoluxmalar az, sağalanlar isə kifayət qədər çox oldu...”

Həkim deyir ki, mövsümlə əlaqədar son vaxtlar uşaqlar arasında qripəbənzər xəstəlik də yayılıb: əsasən qızdırma ilə başlayır, sonra isə öskürəyə keçir. Lakin burunaxma, asqırma kimi əlamətlər olmur. İnsanlar da haqlı olaraq narahatlıq keçirir və soruşurlar ki, bu, qrip xəstəliyi hesab olunur, yoxsa koronavirusun əlamətləridir? Suala birmənalı şəkildə belə cavab verilməlidir: "Yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri el arasında həmişə qrip adlandırılıb. Əslində, bu xəstəlikləri müxtəlif viruslar, nadir hallarda isə bakteriyalar törədir. Törədicisindən asılı olaraq xəstəliyin əlamətləri də fərqlidir. Qızdırma infeksion amilə qarşı orqanizmin normal cavab reaksiyasıdır. Burunaxma və asqırma əmələgətirmə tənəffüs yollarının infeksiyasını törədən bütün viruslara mütləq şəkildə xas deyil. Əlbəttə, bu, qrip xəstəliyi deyil. Onu da bilməliyik ki, qrip xəstəliyində də burundan ifrazat olmur”.

Hər bir xəstədə bəlğəmin bakterioloji analizinin aparılmasının mümkün olmadığını deyən professor onu da vurğuladı ki, buna görə törədicini də təyin etmək asan deyil: "Lakin bəlğəmin müayinəsi zamanı daha çox mikoplazma infeksiyasına rast gəlinir. Bu infeksiyanın əsas əlamətlərindən biri tutmaşəkilli boğucu öskürək olduğuna görə çox vaxt xəstəliyi göyöskürəyə bənzədirlər. Yaxud dəqiqləşdirilməmiş hər hansı bir virus da törədici ola bilər. Bəzi hallarda isə virus-bakterial mənşəli, yəni qarışıq törədici xəstəliyə səbəb olur...”

Səhiyyə Nazirliyi, eləcə də TƏBİB koronavirus pandemiyası ilə bağlı ölkə vətəndaşlarının maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir. Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və Kommunikasiya İdarəsi doğru davranış qaydalarından bəhs edən "Koronavirusdan necə qorunmalıyıq?”, "Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?”, "Yaşlıları koronavirusdan qoruyaq!”, "Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?”, "Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?” və digər başlıqlı sosial çarxlar vasitəsilə təbliğatı gücləndirsə də, bu istiqamətdə istənilən nəticə hələ ki özünü göstərmir.

Mütəxəssislər məsləhət görürlər ki, meyvələr günün birinci yarısında yeyilməlidir. Buterbrodlarda kərə yağı meyvələrlə əvəz olunmalıdır. Avokadonun tərkibində yağlı komponentlər çox olduğuna görə, qaraciyəri problemli insanlar ondan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlovanın sözlərinə görə, payız-qış mövsümünün gəlməsi ilə əlaqədar havaların soyuması və immunitetin zəifləməsi təbii prosesdir: "Bu dövrdə orqanizmin immun statusunu yüksək səviyyədə saxlamaq üçün bir sıra sadə üsullar var. Belə ki, qida rasionuna bol vitaminli meyvə-tərəvəzi daxil etmək, açıq havada tez-tez olmaq, qapalı məkanları gün ərzində bir neçə dəfə havalandırmaq kimi adi qaydalara riayət etmək lazımdır. Müxtəlif respirator xəstəliklərdən qorunmaq üçün tibbi maskalar taxmaq, kütləvi tədbirlərdən uzaq durmaq, fiziki məsafəni qorumaq, şəxsi gigiyena qaydalarını unutmamaq və spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə vacibdir”.

Hətta immun sistemi güclü olan insanlar belə ildə ən azı bir dəfə qripə yoluxurlar. Bu xəstəlikdən qorunmaq üçün Azərbaycanda qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən hər kəs yaşayış yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilər. Mövsümi qrip əleyhinə peyvənd edilmək dövlət tibb müəssisələrində tamamilə pulsuzdur.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM