00:22 28 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Moldova mətbuatında ermənilərin Azərbaycanın işğal altındakı ərazilərinə vurduğu ziyanla bağlı məqalə dərc edilib
ANA SƏHİFƏ / SİYASƏT
19:52 25.11.2020

Ermənilər 30 il müddətində Azərbaycan ərazilərində qanunsuz yaşayıblar, məscidləri, məbədləri, qəbiristanlıqları, evləri, binaları və abidələri dağıdıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun bu ölkənin "NOİ.md”, "AVA.md”, "İPN.md” və digər informasiya portallarında dərc olunan məqaləsində yer alıb.

Məqalədə səfir bildirib ki, müzəffər Azərbaycan Ordusuna işğal edilmiş torpaqları geri qaytarmaq, Ermənistanın ölkəmizin mədəni irsindən və təbii sərvətlərindən sui-istifadəyə son qoymaq üçün 44 gün kifayət etdi. İndi digər vacib məsələ var – ermənilər hər şeyə görə cavab verməlidir!

Q.Osmanov qeyd edib ki, ermənilərin artıq bütün dünyanın öyrəndiyi kimi, qiymətli ağac növlərini kəsməklə yanaşı, bu illər ərzində işğal altındakı ərazilərdəki qiymətli metalları, xüsusən də qızılı qanunsuz olaraq Ermənistana ixrac etdiklərini xatırlatmaq lazımdır. Ermənistanda işləndikdən sonra Azərbaycanın qızıl ehtiyatları üçüncü ölkələrin bazarlarına çıxarılıb və orada satılıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinə uyğun olaraq qanunsuz sahibkarlıq fəaliyyəti faktları ilə uzun müddətdir ki, erməni mənşəli xarici vətəndaşlara qarşı 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işləri açılıb. İstintaq orqanı tərəfindən beynəlxalq axtarışa verilən "Vallex Group”un maliyyə investorlarına, İsveçrə vətəndaşı Vartan Sirmakes, "Vallex Group”un rəhbəri Valeri Meclumyan və "Base Metals”ın icraçı direktoru Artur Mkrtumyana qarşı ittihamlar irəli sürülüb.

Əlbəttə ki, Ermənistanın dəymiş zərəri öz iradəsi və vicdanı ilə ödəməsinə ümid yoxdur. Ermənistan məcbur olmasa, heç nə ödəməyəcək. Onu buna beynəlxalq təşkilatlar məcbur etməlidir. Qaydalara əsasən, Ermənistanın vurduğu ziyanın tam və dəqiq qiymətləndirilməsindən sonra borcun qaytarılmasının bütün şərtlərini, habelə ödəmədiyi təqdirdə ona tətbiq ediləcək sanksiyaları özündə birləşdirən sənəd yaxın gələcəkdə hazırlanmalıdır. Bununla əlaqədar olaraq, Azərbaycan artıq beynəlxalq təşkilatlara, xüsusən də BMT və Dünya Bankına müraciət edib.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM