00:08 28 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb
ANA SƏHİFƏ / SİYASƏT
19:46 25.11.2020

"France-24” kanalı Kəlbəcər rayonunun işğaldan azad edilməsi haqqında reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Kəlbəcərin rəsmi Bakı ilə əldə edilmiş razılaşmaya əsasən Ermənistanın Azərbaycana təhvil verməli olduğu üç rayondan ikincisi olduğu bildirilir. Altı həftəlik döyüşlərdən sonra Azərbaycanın öz mövqelərini möhkəmləndirdiyi vurğulanır.

Kanalın Azərbaycandakı çəkiliş heyəti Azərbaycan Ordusunun ermənilərin işğalı altında olmuş Kəlbəcər rayonuna girməsi ilə bağlı məlumat verir. Qeyd edilir ki, 27 ildən sonra ilk dəfədir Azərbaycan Ordusu rayona daxil olur və bu, əldə edilmiş razılaşmaya uyğun olaraq həyata keçirilir.

Reportajda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlının fikirlərinə də yer verilib. O bildirir ki, bu gün bütün Azərbaycan xalqı, Azərbaycan Ordusu üçün sevindirici gündür. Düşmən qüvvələrinin Kəlbəcərdən çıxarılması üçtərəfli Bəyanata əsasən həyata keçirilir.

Kəlbəcər sakini Aslan Kərimoğlu deyir: "Kəlbəcərdə keçirdiyim günləri heç vaxt unuda bilmərəm. Bu gün mənim həyatımda ən xoşbəxt gündür. Çünki mən 43 il yaşadığım torpağa yenidən qayıtmaq ümidindəyəm. Ümid edirəm ki, tezliklə oraya qayıdacağıq”.

Reportajda qeyd edilir ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğal edib. Nəticədə 10 minlərlə azərbaycanlı rayonu tərk etməyə məcbur olub. Bu gün həmin məcburi köçkünlər Kəlbəcərə qayıtmağa və orada yaşamağa ümid edirlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM