19:40 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Valentina Matviyenko: Emosiyaları bir kənara qoymaq və atəşkəsin saxlanması üçün nə mümkündürsə, etmək lazımdır
ANA SƏHİFƏ / SİYASƏT
18:53 25.11.2020

MDB Parlamentlərarası Assambleyası formatı bütün MDB ölkələrinin, o cümlədən Azərbaycanın və Ermənistanın parlamentarilərinin işi üçün çox münasib və gərəkli strukturdur.

AZƏRTAC xəbər verir ki, RF Federasiya Şurasının sədri Valentina Matviyenko bu sözləri "İzvestiya” qəzetinə müsahibəsində söyləyib.

RF parlamentinin aşağı palatasının spikeri Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərlərinin MDB Parlamentlərarası Assambleyası platformasında ünsiyyətdə olmaq imkanının vacibliyini vurğulayaraq bildirib ki, bu ölkələr təşkilatın növbəti sessiyasında iştirak edəcəklərini təsdiqləyiblər.

V.Matviyenko deyib: "Qarabağ probleminə gəldikdə, bu, MDB-nin səlahiyyətlərinə aid deyil. Ona görə də təbiidir ki, bu mövzu bizim gündəlikdə yoxdur. Lakin əgər həmkarlarımız bu mövzuya toxunarlarsa (bunu istisna etmək olmaz), biz onları diqqətlə dinləyəcəyik”.

RF Federasiya Şurası sədrinin fikrincə, Qarabağ məsələsinin nizamlanması çox həssas mövzudur. O deyib: "Üç ölkənin – Azərbaycan, Ermənistan və Rusiyanın liderləri arasında əldə edilmiş razılaşmanı misilsiz sənəd hesab edirəm. Burada bizim Prezident mühüm rol oynayıb. Mənim fikrimcə, indiki vəziyyətdə ehtiyatsız deyilən hər hansı söz vəziyyətin yenidən kəskinləşməsinə səbəb ola bilər. Emosiyaları bir kənara qoymaq və atəşkəsin saxlanması üçün nə mümkündürsə, etmək lazımdır”.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM