25 Noyabr 2020 18:51
637
SİYASƏT
A- A+

“Vətən müharibəsində möhtəşəm Qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında tədbirlər keçirilib


Vətən müharibəsinin od-alovundan keçərək qələbə bayrağımızı zirvələrə ucaltmış mübariz döyüşçülərlə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə görüşlər keçirilib, incəsənət ustalarının çıxışları təşkil olunub, ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan rayonlarında və Şuşa şəhərində "Vətən müharibəsində möhtəşəm qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında keçirilən vətənpərvərlik tədbirlərində əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlardan, ordu ilə xalqın sağlam mənəvi birliyindən, döyüşlərdə yeni tarix yazan qüdrətli sərkərdəmizin və mərd oğullarımızın fədakarlıqlarından iftixarla söhbət açıb.

Xalq artisti Samir Cəfərov, Əməkdar artist Cahangir Qurbanov və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun iştirakı ilə Müzəffər Ali Baş Komandanı, rəşadətli Azərbaycan Ordusunu və qələbəni tərənnüm edən vətənpərvərlik mahnıları, hərbi marşlar səsləndirilib.

Bəstəkar Azad Zahidin A.Qurbaninin sözlərinə yazdığı "Qələbəyə gedən yollar”, "Qalib Sərkərdə”, "Müzəffər Ordumuz”, "Qələbə müjdəsi”, "Biz gəlmişik, Qarabağ” mahnılarını döyüşçülər alqışlarla qarşılayıblar.

Şuşada klassik Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin, böyük sənətkarımız Bülbülün ev muzeyləri, görkəmli şair Molla Pənah Vaqifin məzarı, eləcə də Gövhər Ağa məscidi, Şuşa qalası, Cıdır düzü və dağıdılmış digər tarixi memarlıq abidələrimiz ziyarət olunub.

Bülbülün ata ocağında iməcilik keçirilib. Bülbülün repertuarından "Sənsiz”, "Sevgili canan” romansları və "Koroğlu” operasından parçalar ifa edilib.

Tədbirin təşkilatçıları əminliklə bildiriblər ki, xalqımızın xilaskar oğlu, qalib sərkərdəmiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün bölgələrimizdə, o cümlədən Şuşada tezliklə böyük quruculuq işləri aparılacaq, köçkünlər öz doğma yaşayış məntəqələrinə qayıdacaq, Azərbaycan əsgəri bundan sonra da əzəli və əbədi torpaqlarımızın müdafiəsində mərdliklə dayanacaq.

Vətənpərvərlik tədbirləri Ağdam, Laçın və Kəlbəcər rayonlarında davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video