18:37 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İspaniya mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonuna daxil olması barədə yazır
ANA SƏHİFƏ / SİYASƏT
18:46 25.11.2020

İspaniyanın EFE informasiya agentliyi, ölkənin qocaman qəzetlərindən biri olan "La Vanguardia”, həmçinin Latın Amerikasının "Diariolibre” onlayn nəşri Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanata müvafiq olaraq, bu gün Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonuna daxil olması barədə xəbər dərc ediblər.

AZƏRTAC xəbər verir ki, nəşrlər bundan əvvəl ermənilərin Kəlbəcərdən çıxarılması tarixinin 10 gün – noyabrın 15-dən 25-dək uzadılmasına Azərbaycan hakimiyyətinin razılıq verməsini qeyd edirlər.

İspan mətbuatı diqqətə çatdırır ki, 44 günlük müharibə Ermənistanda ciddi siyasi böhran yaradıb, ölkədə hökumətin istefası tələbi ilə iki həftədir etiraz aksiyaları keçirilir.

İspan KİV-ləri, ötən cümə günü – noyabrın 20-də Azərbaycan Ordusunun Ağdam rayonuna – regionda döyüş əməliyyatlarının dayandırılması barədə razılaşmaya uyğun olaraq, Azərbaycana qaytarılan daha bir əraziyə daxil olmaları barədə yazıb.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM