18:04 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“The Jerusalem Post”: Xarici siyasət strategiyası sübut edib ki, Azərbaycan İsrail üçün strateji cəhətdən mühüm ölkədir
ANA SƏHİFƏ / SİYASƏT
15:32 25.11.2020

Bu yaxınlarda Azərbaycanın Dağlıq Qarabağda erməni işğalçılarına qarşı apardığı müharibə rəsmi Bakının böyük qələbəsi ilə nəticələndi. Bu münasibətlə bir çox sosial şəbəkə istifadəçiləri Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı İsrail bayrağının da fotoşəklini paylaşıblar.

AZƏRTAC xəbər verir ki, israilli hərbi ekspert Set Fransman bu barədə İsrailin nüfuzlu ingilisdilli "The Jerusalem Post” qəzetində dərc edilmiş "Müharibədə qələbə ilə əlaqədar Azərbaycanda İsrail bayraqları qaldırılıb. Münasibətlər bundan sonra da inkişaf edəcəkmi?” sərlövhəli məqaləsində yazır.

Türkiyənin Bakının hərbi səylərini dəstəklədiyini bildirən məqalə müəllifi vurğulayır: "Azərbaycan uzun illər ərzində İsraildən pilotsuz uçuş aparatları və müxtəlif növ silah-sursat alıb. Məhz bu nöqteyi-nəzərdən İsrailə Azərbaycanın strateji tərəfdaşı kimi baxılır. Bu, onu göstərir ki, strateji münasibətlər indi inkişaf edə və möhkəmlənə bilər.

Son onilliklər rəsmi Bakı ordunu yaxşılaşdıraraq və möhkəmləndirərək, özünün hərbi və texnoloji imkanlarını artırmağa çalışıb, düşmənin tanklarını və artilleriyasını məhv etməkdən ötrü texnologiyalardan - bir növ ani hərbi-hava qüvvələri qismində müasir dronlardan və pilotsuz uçuş aparatlarından istifadəyə səy göstərib. Bütün bunlar elə baş verdi ki, Bakı uğurla və effektli şəkildə hərəkət edərək Ermənistanın işğalçı qüvvələrinin zirehli tank bölmələrinə sarsılmaz və ağır zərbələr endirdi”.

Set Fransman vurğulayır: "1990-cı illərdə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal edib və bu region özünün qondarma "müstəqilliyini” elan edib və bununla da özünü dünya birliyi tərəfindən qəbul edilməyən kiçik dövlətlərə oxşadıb. Müxtəlif beynəlxalq təşkilatlar bu münaqişəni həll etməyə cəhd göstərsələr də, münaqişə nizamlanmayıb.

Bu dəfə müharibə Ermənistan üçün ciddi məğlubiyyətə çevrildi. Noyabrın ilk həftəsində işğalçı qüvvələr ciddi itkilər verdilər. Müharibə başlandıqdan 44 gün sonra Rusiyanın vasitəçiliyi ilə imzalanan razılaşmaya müvafiq olaraq, Rusiya ordusu regionda özünün sülhməramlı qüvvələrini yerləşdirdi, ermənilər isə Azərbaycanın işğal altında olan ərazisinin böyük hissəsini tərk etdilər”.

İndi sual yaranır, rəsmi Bakının İsrail ilə münasibətləri möhkəmlənəcəkmi?

İsrailli hərbi ekspert deyir: "İsrail və Azərbaycan bir neçə ümumi maraqlara sahibdirlər, onlardan biri enerjidaşıyıcıları ticarəti və müdafiə sənayesidir. İsrailin texnologiya sahəsində əməkdaşlıq baxımından Bakıya təklif edəcəyi çox şey var.

Bakıda İsrail bayraqlarının dalğalanması Azərbaycanın bu ölkəyə açıqlığının təzahürüdür. İsraildə Azərbaycan diasporunun Azərbaycana dəstək mitinqləri də keçirilib. Xarici siyasət strategiyası sübut edib ki, Azərbaycan İsrail üçün strateji cəhətdən mühüm ölkədir”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM