17:54 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dağ yəhudiləri beynəlxalq təşkilatları Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:24 25.11.2020

Azərbaycan Dağ Yəhudiləri Dini İcması işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin törətdikləri vandallıq və ekoloji terror aktları ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, icmanın sədri Melih Yevdayevin imzası ilə beynəlxalq qurumlara ünvanlanan məktubda işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı 27 sentyabr tarixli hücumu təxribat kimi qiymətləndirilib. Məktubda qeyd edilib ki, bu hərbi təxribat Azərbaycanın mülki əhalisi və hərbi qulluqçuları arasında itkilərə səbəb olub. Bir çox evə və mülki obyektə ciddi ziyan dəyib.

Yəhudilər tarixi, mədəni və multikultural dəyərlərlə zəngin olan Azərbaycanda 2000 ilə yaxındır sülh və təhlükəsizlik şəraitində yaşayırlar. "Milliyyətindən və irqindən asılı olmayaraq, qanuna tabe olan hər kəs bu ölkədə sülh və əmin-amanlıq içində yaşaya bilər. Tam əminliklə bəyan edirəm ki, azərbaycanlılar sülhsevər, tolerant və multikulturalizm dəyərlərə sadiq insanlardır”, - deyə icma sədri qeyd edib.

Azərbaycanın Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və digər ərazilərində ermənilərin törətdikləri ekoloji terroru hiddətlə pislədiyini deyən M.Yevdayev bildirib ki, Şuşa şəhərinin ətrafındakı Topxana meşəsinin qadağan edilmiş ağ fosforun tətbiqi ilə yandırılması, eləcə də ağacları kəsib, meşələri yandırmaqla Kəlbəcərin ətraf mühitinə qəsdən ziyan vurulması ciddi ekoloji cinayətlərdir.

İcma rəhbəri beynəlxalq təşkilatları ekoloji terrorizmi öz təcavüzünün aləti kimi istifadə edən Ermənistanın təxribatlarına, o cümlədən dünya ictimaiyyətini aldatmağa yönəlmiş dezinformasiyalarına uymamağa, ədalətli mübarizəsində Azərbaycan xalqının və dövlətinin tərəfində olmağa, bu cinayətlərin qarşısını almaq və Ermənistanı dayandırmaq üçün səyləri birləşdirməyə çağırıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM