22:56 27 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İşğaldan azad olunan Kəlbəcər rayonunun “Azersky” peykindən əldə edilmiş təsviri
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:23 25.11.2020

27 ildən sonra Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalına son qoyuldu.

AZƏRTAC xəbər verir ki, "Azərkosmos” ASC Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad olunduqdan sonra "Azersky” peyki ilə çəkilmiş təsvirini təqdim edib.

Ali Baş Komandan İlham Əliyevin diplomatik danışıqlar müstəvisində böyük ustalığı və ordumuzun döyüş meydanında göstərdiyi şücaəti sayəsində torpaqlarımızın hər bir qarışı erməni işğalından azad olur.

İşğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib.

Rayonun ərazisindəki Qafqaz Albaniyası memarlığının nümunəsi olan "Xudavəng” və "Gəncəsar” monastır kompleksləri ermənilərin təcavüzünə məruz qalıb, işğalçı tərəfindən bu məbədlər erməni kilsəsi kimi təqdim olunub. Kəlbəcəri tərk edərkən evləri, meşələri yandıraraq rayonun ekoloji durumuna ziyan vermələri erməni barbarlığının ən son nümunəsidir.

Bu gündən etibarən Kəlbəcər azaddır! Biz qalib gəldik!

Kəlbəcər Azərbaycandır! Qarabağ Azərbaycandır!



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM