03:02 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:47 22.01.2021

Co Bayden Ağ evdə


00:40 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


00:38 22.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“AzerGold”: İndiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb olunub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
10:37 25.11.2020
Ölkə iqtisadiyyatında dağ-mədən sektorunu uğurla təmsil edən "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli, əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, geoloji kəşfiyyat, hasilat, ixrac və digər istiqamətlərdə fəaliyyətini mühüm nailiyyətlərlə davam etdirir.

QSC-dən AZƏRTAC-a bildirilib ki, məhz bu fəaliyyət nəticəsində "AzerGold” tərəfindən dünya bazarlarına ilk ixracın reallaşmasından ötən 3 il ərzində 213,4 min unsiyadan çox qızıl, 372,7 min unsiyadan çox gümüşün satışından ölkə iqtisadiyyatına 527,3 milyon manat vəsait cəlb edilib. Bu vəsaitin 39,3 milyon manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib (bu məbləğin 33,7 milyon manatı vergi, 5,6 milyon manatını isə Dövlət Sosial Müdafiə Fonduna köçürmələr təşkil edir). Bu illər ərzində səmərəli fəaliyyət nəticəsində 35 milyon manat həcmində bölüşdürülməmiş mənfəət formalaşıb. Bu məbləğin 15 milyon manatı QSC-nin nizamnamə kapitalının artırılmasına yönəldilib.

Qeyd edilən iqtisadi göstəricilər yalnız Daşkəsən rayonunda yerləşən "Çovdar” qızıl yatağının istismarı nəticəsində əldə edilib. Hazırda yeni yataqların istismara hazırlanması istiqamətində intensiv işlər davam etdirilir. Belə ki, yaxın günlərdə Daşkəsən rayonunda yerləşən "Ağyoxuş”, növbəti ildə "Mərəh”, 2022-ci ildə isə "Tülallar” qızıl yatağının və "Çovdar” qızıl yatağının yeraltı (sulfid) fazasının istismara verilməsi nəzərdə tutulur. Avropanın ən iri polimetal yataqlarından biri hesab edilən "Filizçay” layihəsinin icrasının optimallaşdırılması nəticəsində yatağın istismarına əvvəlcə planlaşdırılan müddətdən 2 il daha tez, yəni 2025-ci ildə başlamaq mümkün olacaq. Bununla yanaşı, müvafiq olaraq Şəmkir və Gədəbəy rayonlarının ərazisində yerləşən "Qaradağ”, "Xar-xar” və "Cəyirçay” mis yataqlarının 2026-cı ildə, Balakəndə yerləşən digər polimetal yatağı – "Mazımçay”ın isə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, qeyd edilən yataqların istismara verilmə təqvimi ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilib. Təhlillərin növbəti mərhələsinin nəticələrinə uyğun olaraq gələn ilin ortalarında adları çəkilən yataqların cari plandan daha tez istifadəyə verilməsi haqqında qərarın qəbul edilməsi istisna olunmur.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində ölkə üzrə ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında qızıl ikinci yerdə qərarlaşıb. Sözügedən yeni qızıl, eləcə də digər əlvan metal yataqlarının istismara verilməsi iqtisadi artımda dağ-mədən sahəsinin töhfəsini daha da artıracaq. Bu da, öz növbəsində, qeyri-neft sektorunun tərəqqisində əhəmiyyət rol oynamaqla yanaşı, milyonlarla manat həcmində vəsaitin ölkə iqtisadiyyatına cəlb edilməsinə, regionların sosial-iqtisadi inkişafına böyük təkan vermiş olacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM