16:35 28 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Abşeronda rayondaxili reydlər davam edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:34 25.11.2020


Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşını almaq üçün həyata keçirilən nəzarət, maarifləndirmə və təbliğat tədbirləri davam edir. Rayon icra hakimiyyəti başçısının yanında yaradılmış operativ qərargahın üzvləri, hüquq mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə Xırdalan şəhəri də daxil olmaqla kənd və qəsəbələrdə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilir, sakinlərlə söhbət aparılır.

Son günlər yoluxma hallarının artması ilə bağlı rayon daxilində görülən işlərin miqyası günişlənib. Hər həftənin şənbə və bazar günləri rayonun, demək olar ki, bütün ərazisində dezinfeksiya işləri aparılır. Küçə və prospektlər, qəsəbə və kəndləri birləşdirən yollar xüsusi maye ilə yuyulur, supermarketlər, ictimai nəqliyyat vasitələri dezinfeksiya edilərək təmizlənir.

Rayon ərazisində karantin qaydalarına riayət edilməsini yoxlamaq məqsədilə hər gün müxtəlif istiqamətlərdə reyd də keçirilir. Masazır və Novxanı kəndlərində keçirilən növbəti reyd zamanı satıcıların və istehlakçıların tibbi maskadan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, ticarət obyektlərinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılmışdır.

Aparılan monitorinqlər zamanı fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, qaydalara ümumən düzgün riayət edilməsi müşahidə olunub. Aşkar edilən nöqsanlar isə yerindəcə aradan qaldırılıb və sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri zəruri sosial davranış və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıblar.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə rayonda reydlər və maarifləndirmə tədbirləri bunan sonra da davam edəcək.

Akif ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM