16:48 28 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azərbaycan regional geopolitikanı müəyyənləşdirir”
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:30 25.11.2020


Bolqarıstanın nüfuzlu onlayn şəbəkəsi - Cross.bg "Azərbaycan regional geopolitikanı müəyyənləşdirir” (Azerbaydjan preobrazəva reqionalnata qeopolitika) mövzusunda bolqar dilində analitik məqalə dərc edib.

Məqalənin müəllifi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı yazıb ki, Azərbaycan BMT qətnamələrinə uyğun öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yeni geosiyasi reallıq formalaşdırıb.

Azərbaycan "Şimal-Cənub” və "Şərq-Qərb” dəhlizlərinin üzərində yerləşməklə regionda davamlı inkişafa töhfə verir. Bir tərəfdən "yumşaq güc”, digər tərəfdən isə siyasi, iqtisadi və hərbi üstünlüyü Azərbaycanı regionun aparıcı qüvvəsinə çevirib. Ermənistanın 30 illik işğal siyasətinə son qoyulmaqla regionda yeni layihələrin, o cümlədən Naxçıvan üzərindən Aralıq dənizi və Xəzər dənizi hövzələrini birləşdirən "həyat yolu”nun reallaşdırılması yeni inkişaf perspektivləri vəd edir.

V.Qasımlı məqalədə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan strateji yol xəritələrini və çevik idarəetməni uğurla reallaşdırıb. Prezident İlham Əliyevin 2020-ci ildə "Biz birlikdə güclüyük!” və "Qarabağ Azərbaycandır!” çağırışları cəmiyyətin bütün təbəqələrini vahid amal ətrafında birləşdirərək müzəffər qələbəyə aparıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM