16:16 28 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Avropadaxili Vergi Administrasiyaları Təşkilatının forumunda təmsil olunub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:27 25.11.2020


Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) videoformatda keçirilmiş Rəqəmsal Kommunikasiya Forumu "COVID-19 pandemiyası və sonrakı dövrdə vergi administrasiyalarının kommunikasiya sahəsində fəaliyyəti” mövzusuna həsr edilib.

AZƏRTAC Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, tədbirdə pandemiya dövründə vergi administrasiyasında kommunikasiya sahəsində tətbiq edilən yeniliklər və bunun nəticələri, pandemiyanın vergi administrasiyalarının kommunikasiya fəaliyyətinə gətirdiyi dəyişikliklər, öyrənilmiş və gələcəkdə tətbiqi mümkün olan təcrübələr müzakirə olunub.

IOTA-nın icraçı katibi Frantisek Imrecze forumun əhəmiyyəti, kommunikasiya alətlərinin vergiödəyiciləri üçün mühüm rolu və pandemiyanın kommunikasiya metodlarına təsirləri haqqında məlumat verib.

Plenar iclas və virtual qrup sessiyalarından ibarət forumun ilk günündə "COVID-19 dövründə və sonra kommunikasiya alətləri”, növbəti gün isə "Risklər, çağırışlar və gələcək üçün təcrübələr” mövzusunda plenar iclaslar keçirilib.

Böyük Britaniya, İspaniya, Sloveniya, Niderland, Moldova, Finlandiya, İrlandiya, Litva və Norveç təmsilçilərinin təqdimatları dinlənilib. Plenar sessiyalardan sonra keçirilən virtual qrup sessiyaları zamanı kommunikasiya sahəsində təcrübələr, yeniliklər və risklərin minimallaşdırılması ilə bağlı həllər ətrafında fikir mübadiləsi aparılıb.

Forumda ölkəmizi təmsil edən Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Ülkər Nəbiyeva iştirakçılara COVID-19 pandemiyası dönəmində və karantin rejimində Azərbaycanın vergi orqanları tərəfindən daxili və xarici kommunikasiyanın təşkili, vergiödəyiciləri üçün yaradılan yeni həllər, sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin çatdırılması ilə bağlı istifadəyə verilmiş elektron məhsullar və xidmət sahəsinin elektronlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Bildirilib ki, Azərbaycanda vergiödəyiciləri üçün operativ, şəffaf və rahat sistem yaratmaq, canlı ünsiyyəti minimuma endirmək və onların razılığını əldə etmək vergi siyasətinin mühüm bir hissəsidir, pandemiya şəraitində yaradılmış elektron həllər rəqəmsallaşma xidmətlərinin genişlənməsinə imkan verir.

Forumun yekun plenar iclası pandemiyanın kommunikasiya sahəsinə təsiri, pandemiya zamanı və pandemiyadan sonrakı dövrdə effektiv kommunikasiyanın qurulmasının müzakirəsi, eləcə də müzakirələrdən əldə olunmuş nəticələrin ümumiləşdirilməsi ilə başa çatıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM