24 Noyabr 2020 17:57
459
SİYASƏT
A- A+

Pakistanlı politoloq: Ermənistanı dövlət kimi tanımayan Pakistan daim Azərbaycanı dəstəkləyib


Pakistanlı politoloq, Birminhem Universitetinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə tədqiqatçı doktoru Omar Kərim "Arabnews” qəzetinə yazdığı "Pakistanın Qarabağ münaqişəsindən praqmatizm dərsləri” sərlövhəli analitik məqalədə işğalçı Ermənistanı dövlət kimi tanımayan Pakistanın daim Azərbaycanı dəstəklədiyini qeyd edib.

AZƏRTAC xəbər verir ki, politoloq Ermənistanın 1994-cü ilədək Azərbaycanın ərazilərini işğal etdiyini, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 27 ildən çox davam edən danışıqlarda təcavüzkar ölkənin yalnız status-kvonu qoruyub saxlamaq istədiyini diqqətə çatdırıb. O əlavə edib ki, sülh prosesinin nəticəsiz qalması müharibənin yenidən alovlanması təhlükəsini də artırıb. Uzun illər öz havadarlarına arxalanaraq qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan son müharibədə məğlub olub və əvvəllər irəli sürdüyü iddialardan da əl çəkməyə məcbur edilib. Bu yeni reallıq əsl geosiyasət dərsi oldu.

Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas diqqəti transmilli neft-qaz layihələrinin həyata keçirilməsi vasitəsilə iqtisadi gücünü artırmağa yönəltdiyini bildirən politoloq qeyd edib: "Avropanın enerji bazarlarına daxil olan Azərbaycan, eyni zamanda, strateji qüdrətini də artırıb. Ölkənin istər regional, istərsə də ekstra-regional müttəfiqlərinin sayı çoxalıb. Azərbaycan Türkiyə ilə daha yaxın münasibətlər qurub. Cənubi Asiyada isə onun ən yaxın müttəfiqi Pakistandır. Rəsmi İslamabad Ermənistanı dövlət kimi tanımamaqla yanaşı, həm də Qarabağ münaqişəsinin nizama salınmasında Bakıya diplomatik dəstəyini göstərib. Türkiyə ilə müttəfiqlik sayəsində Azərbaycan əsgərləri NATO-nun ikinci ən böyük ordusu olan türk silahlı qüvvələrində təlimlər keçiblər. Bundan başqa, Azərbaycan Ordusu ən yüksək hərbi texnologiyalara malikdir”.

Müəllif diqqətə çatdırıb ki, Azərbaycan Pakistanla da hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirib, azərbaycanlı əsgərlərin bir hissəsi dost ölkədə təlimlərdə iştirak ediblər. "Bütün bu addımların nəticəsində Azərbaycan Ermənistanın sonuncu hərbi təxribatına layiqli cavab verdi və torpaqlarını işğaldan azad etdi. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun hava hücumları və taktiki planlarına ciddi müqavimət göstərə bilmədi”, -deyə politoloq qeyd edib.

Pakistanlı ekspert vurğulayıb ki, Azərbaycanın iqtisadi gücünü və hərbi qüdrətini artırmaqla öz torpaqlarını işğaldan azad etməsi ayrıca tədqiqat mövzusu ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video