15:29 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakı Şəhər İcra Hakimiyyətində qış dövrünə hazırlıq və koronavirusa qarşı mübarizəyə dair videomüşavirə keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:01 24.11.2020

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış dövrünə hazırlıq və koronavirus pandemiyasına qarşı mübarizə məsələlərinə dair videomüşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, videomüşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Azərbaycan vətəndaşları 10 noyabr səhərini yeni, keyfiyyətcə fərqli bir Azərbaycanda, qaliblər ölkəsində açdılar. Bu gün özümüzü daha güclü və inamlı hiss edirik.

"Bu, artıq başqa Azərbaycandır. İndi biz ölkəmizin bu gününə uyğun şəkildə yaşamalı və yeni şanlı ənənələrimizin gələcək nəsillərə ötürülməsini təmin etməliyik. Bu, çox vacibdir. Prezident İlham Əliyevin nadir siyasətinin öyrənilməsi və təbliğ edilməsinin gələcək nəsillər üçün çox böyük əhəmiyyəti var”, - deyə E.Əzizov deyib.

Videomüşavirə gedişində koronavirusla mübarizə, qış dövrünə hazırlıq, fövqəladə hallarda işin daha səmərəli qurulması məsələləri müzakirə edilmiş və konkret tapşırıqlar verilib.

Qeyd olunub ki, hərbi əməliyyatlara baxmayaraq, kommunal strukturların maddi - texniki bazasının möhkəmləndirilməsi və digər təsərrüfat layihələri üzrə işlər fəal surətdə davam etdirilmişdir ki, bu da dövlət başçısının siyasəti nəticəsində yaradılmış iqtisadi modelin səmərəliliyinin əyani şəkildə nümayiş etdirir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM