16:30 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən hərbi qulluqçularının bir qrupu geri qayıdıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:59 24.11.2020

Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən və döyüş tapşırıqlarını uğurla yerinə yetirən hərbi qulluqçularının bir qrupu Naxçıvana geri qayıdıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, şərəfli döyüş yolu keçən qəhrəman Vətən oğullarını Sədərək gömrük-keçid məntəqəsindən etibarən yüzlərlə sakin izdihamlı şəkildə müşayiət edib, yolboyu üçrəngli bayrağımız dalğalandırılıb, Azərbaycanın ərazi bütövlüyü, qəhrəman döyüşçülərimizin şücaəti ilə bağlı şüarlar səsləndirilib.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək davam edən, müzəffər ordumuzun Qələbəsi ilə nəticələnən Azərbaycan Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da fəal iştirak edib, döyüşlərdə göstərdikləri böyük şücaət və qəhrəmanlıqları ilə seçiliblər. Təsadüfi deyil ki, Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev də xalqa müraciətində bunu xüsusi qeyd edərək deyib: "Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM