24 Noyabr 2020 13:34
554
SİYASƏT
A- A+

General Ben Hoces: Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir


Amerikalı general Ben Hocesin Avropanın "EU Observer” nəşrində dərc olunan "Cənubi Qafqazın daha böyük münaqişələri dayandırmağa qadir olan Qərbə ehtiyacı var” sərlövhəli məqaləsi Rusiya və Türkiyənin vasitəçiliyi ilə, - bu barədə materialın lap əvvəlində söhbət açılır, - Ermənistan və Azərbaycan arasında atəşkəs barədə razılaşmaya həsr edilib. (https://euobserver.com/opinion/150150).

AZƏRTAC xəbər verir ki, müəllifin sözlərinə görə, Qərb regiona lazım olduğunu nümayiş etdirdiyi kimi, region özü də burada öz strateji maraqları olan Qərbə lazım olduğunu göstərməlidir. Qərb gec də olsa etiraf edib ki, bu müharibə qaçılmaz deyildi, lakin həmin imkanlar əldən buraxılıb.

"Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş hissəsidir və o, Rusiyadan və İrandan yan keçməklə, Qara dənizdən Xəzər dənizinədək olan yolun üstündə yerləşir. Region Qərblə Şərq arasında əlaqələrin inkişafında və möhkəmlənməsində mühüm rol oynayır. Bu səbəbdən də biz burada olmalıyıq”, - deyən amerikalı general beynəlxalq hüquq normaları əsasında Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olmasında onun ölkəsinin iştirakının zəruriliyini vurğulayır. O yazır: "Regionda öz rolumuzu qoruyub saxlamaq üçün biz Türkiyə ilə sıx əlaqəli şəkildə işləməliyik, onunla münasibətlərimizdəki gərginliyi aradan qaldırmalıyıq”.

Hoces, həmçinin qeyd edir ki, hazırda NATO-nun Türkiyəyə həmişəkindən daha çox ehtiyacı var. Təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində Ankaranın rolu əsasdır və bu ölkə NATO üzrə mühüm müttəfiqdir. Əgər Qərb bu regionda iştirak etmək istəyirsə, onun Türkiyə ilə əlaqəsi zəruridir.

Amerikalı general yazır: "Azərbaycan regionda erməni azlığının bütün mülki hüquqlarının təminatını və onun mədəni irsinin qorunub saxlanmasını öz öhdəsinə götürüb. Qərb Bakıya bu işdə kömək etməlidir, xüsusən ona görə ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bizim nikbinlik üçün əsasımız var, axı 30 min etnik erməni, - hələ işğal edilmiş regionda olanları hesaba almasaq, - artıq Azərbaycanı öz vətənləri sayırlar. Buna görə də regionda sabitliyin əsas şərti Dağlıq Qarabağın suveren Azərbaycanın bir hissəsi olmasıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video