24 Noyabr 2020 01:05
1838
SİYASƏT
A- A+

SƏNƏ MİNNƏTDARIQ, ALİ BAŞ KOMANDANIMIZ!


Yenə də dediyini etdin, mənim Prezidentim!

Sözünün sahibi olduğunu bir daha təsdiqlədin!

Azərbaycan tarixində itirilmiş torpaqları qaytaran ilk Sərkərdə oldun!

Vətənin ərazi bütövlüyünü bərpa etdin!

Xalqımızın ən böyük arzusunu gerçəkləşdirdin!

Düşmənləri xar edib, dostlarımızı sevindirdin!

Bizi qalib xalqa, qalib dövlətə çevirdin!

Bütün bunlara görə Sənə minnətdarıq, Ali Baş Komandanımız!

***

Düşmən sülhə gəlmirdi!

Həqiqət ayaqlar altına salınaraq tapdalanırdı!

Beynəlxalq qurum və təşkilatlar susqunluq, fəaliyyətsizlik göstərirdilər.

Erməni diasporunun maliyyəsindən bəhrələnənlər haqqı qoyub, nahaqqı müdafiə edirdilər!

Doğma el-obasından məcburən ayrı düşmüş Azərbaycan vətəndaşları isə mənəvi iztirablar çəkirdilər!

Alçaq düşmən də bizə yanıq verirdi.

Ermənistanın yeni rəhbərliyi gah Şuşada qondarma quruma inauqurasiya mərasimi keçirir, gah "yeni torpaqlar uğrunda yeni müharibə” hədə-qorxusu gəlir, gah da "Qarabağ Ermənistandır” söyləyərək özlərini həyasız, qudurğan aparırdılar!

Endirdiyin dəqiq zərbələrlə yolunu azmışlara yerini göstərdin!

Bütün bunlara son qoyduğuna görə Sənə minnətdarıq, Ali Baş Komandanımız!

***

Qudurmuşlara və arxalı köpəklərə divan tutdun!

Dünyaya XXI əsrin ən yeni müharibəsinin nümunəsini göstərdin!

Yağının otuz illik müdafiə mövqelərini, dostları ilə bərabər tikdiyi bunkerləri, beton səngərləri darmadağın edərək düşmənin canına vahimə saldın!

Azərbaycan Ordusunun qüdrətli həmlələri ilə lovğa düşmən əsgərlərini kütləvi fərarilərə çevirdin!

Hələ bu harasıdır, düşməni öz əsgərini postlarda zəncirləməyə vadar etdin!

İşğalçı erməniləri ölkəmizdən iti qovan kimi qovdun!

Bu hünərinə görə Sənə minnətdarıq, Ali Baş Komandan!

***

Müdrikliyinizə heyranıq!

Uzaqgörənliyinizə heyranıq!

İradənizə heyranıq!

Qətiyyətinizə heyranıq!

Hünərinizə heyranıq!

Siyasətinizə heyranıq!

Gücünüzə və qüdrətinizə heyranıq!

Bu heyranlığı, bu məhəbbəti özün qazanmısan, öz əməlinlə!

Azərbaycan naminə və Azərbaycan üçün gördüyün işlərinlə!

Xalqın maraqlarını daim və dönmədən müdafiə etməyinlə!

Həmişə Azərbaycanı bax, belə ucalt!

Özün də daim ucal, mənim Prezidentim!

***

Xalqının yüksək etimadı ilə bu vəzifəyə qədəm qoyduğun gündən gərgin fəaliyyətinlə, atdığın addımlarla qürur ünvanına çevrilmisən, millətə və dövlətə baş ucalığı gətirmisən:

BMT Təhlükəsizlik Şurasına sədr oldun, fəxr etdik!

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdin, fəxr etdik!

Qoşulmama Hərəkatına sədr seçildin, fəxr etdik!

Dünyanın ən nüfuzlu qurum və təşkilatlarının möhtəşəm tədbirlərində sinədəftər parlaq nitqlər söylədin, fəxr etdik!

Düşünülmüş siyasətinlə, zəka və fəaliyyətinlə müstəqil Azərbaycanımıza nüfuz, hörmət gətirdin, fəxr etdik!

Bütün bunlara görə də çox sağ ol, mənim müdrik Prezidentim!

***

Məcburi köçkünlərin arzusunu yerinə yetirdin!

Yurda həsrət qalan insanların arzusunu yerinə yetirdin!

Şəhid analarının arzusunu yerinə yetirdin!

Azərbaycan gənclərinin arzusunu yerinə yetirdin!

Bütün Azərbaycan xalqının ən böyük arzusunu və istəyini yerinə yetirdin!

Var ol, yaşa, həmişə arzularımızı çin et, mənim Ali Baş Komandanım!

***

Xocalı soyqırımının qisasını aldın!

Dağıdılmış, viran qoyulmuş yurdlarımızın qisasını aldın!

Təhqir olunmuş məscidlərimizin qisasını aldın!

Yer üzündən silinmiş tarixi, mədəni abidələrimizin qisasını aldın!

Şəhid edilmiş oğullarımızın qisasını aldın!

Yetim qalmış uşaqların, toy xonçasına qara bağlanmış qızlarımızın qisasını aldın!

Birinci Qarabağ müharibəsi şəhidlərinin, qazilərinin qisasını aldın!

HƏM DƏ:

Bizə həqarətlə yanaşanları yerlə-yeksan etdin!

Diz çökdürərək ona-buna yalvartdın, başqalarının dabanını yalatdırdın!

Qudurmuş düşmənə dediyini yedirdərək Azərbaycanla hesablaşmağa vadar etdin!

Buna görə Sənə minnətdarıq, Ali Baş Komandanımız!

***

Daha heç kim bizə torpaqlarını itirən və onu qaytara bilməyən xalq kimi baxmayacaq!

Daha heç kim bizə məcburi köçkün deməyəcək!

Daha heç kim bizi məğlub hesab etməyəcək!

Daha heç kim bizi qorxaq saymayacaq!

Daha heç vaxt doğma el-obaya uzaqdan həsrətlə baxmayacağıq!

Bütün bu mənəvi iztirablara son qoyduğuna, millətin ləyaqət hissini özünə qaytardığına görə sənə minnətdarıq, mənim müdrik, şanlı Prezidentim!

İkinci Qarabağ müharibəsinin əsl baş qəhrəmanı Sənsən, əziz Prezidentim!

Azərbaycanın üzünü ağ edən Prezidentim!

Müvəqqəti məğlubiyyəti əbədi Qələbəyə çevirən Ali Baş Komandanım!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video