00:40 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
23:13 19.01.2021 Faktiki hava proqnozu
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Karantin qaydalarına biganəlik həyatımız üçün təhlükəlidir
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:03 24.11.2020


Koronavirus bəşəriyyətin birnömrəli təhlükəsi olaraq qalmaqdadır. Bu gözəgörünməz virus getdikcə daha yüksək sürət və aqressiv şəkildə planet sakinlərini yoluxdurmaqda və canını almaqda davam edir. Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 604 mindən çox artaraq təxminən 58 milyon nəfərə, ölənlərin sayı isə 1 milyon 377 min nəfərə çatıb.

Dünya koronavirus pandemiyasının ikinci dalğasının şokunu yaşamaqdaykən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq gələn ilin əvvəlində Avropada olacaq üçüncü dalğa barədə xəbərdarlıq edib. ÜST-ün təmsilçisi David Nabarro deyib ki, Avropada koronavirusun ikinci dalğasının səbəbi yay aylarında buna lazımi hazırlığın olmaması və müvafiq infrastrukturun yaradılmaması idi. Əgər Avropada lazımi tədbirlər görülməsə və pandemiyanın nəzarət altına alınması üçün müvafiq infrastruktur işləri aparılmasa, o zaman gələn ilin əvvəlində üçüncü dalğa qaçılmaz ola bilər.

D.Nabarro Avropa ölkələrinin hökumətlərini yaydakı səhv və səhlənkar yanaşmanı təkrarlamamağa və arxayın düşməməyə, mümkün olan üçüncü dalğaya qarşı qətiyyətli addımlar atmağa çağırıb.


Gündəlik statistikada artım dinamikası narahatlıq doğurur


Avropada, xüsusən Fransa, İtaliya, İspaniya və Böyük Britaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edir. Koronavirusa yoluxanların sayına görə ilk beşlikdə ABŞ, Hindistan, Braziliya, Fransa və Rusiya yer alır. Bu beş ölkədə virusa yoluxanların ümumi sayı dünya üzrə xəstələrin sayının təxminən 50 faizini təşkil edir.

Son vaxtlar koronavirusa yoluxma tendensiyasının sürətlənməsi Cənubi Qafqaz regionundan, Azərbaycandan da yan keçməyib. Qeyd edək ki, indiyədək Ermənistanda 127 min, Gürcüstanda 110 min, Azərbaycanda isə 95 minə qədər insan koronavirusa yoluxub. Azərbaycan əhalisinin sayının digər iki ölkənin əhalisinin sayının ümumi cəmindən təxminən çox olduğunu nəzərə alsaq, respublikamızda yoluxanların sayı onlara nisbətən aşağıdır. Lakin buna rəğmən, virusun yayılmasının qarşısını almaq, yoluxmanı və ölüm sayını maksimum azaltmaq lazımdır. Çünki ölkəmizdə COVID-19 infeksiyasına yoluxanların gündəlik statistikasında artım dinamikası ciddi narahatlıq doğurur. Ona görə də dövlət koronavirusla mübarizədə ciddi qabaqlayıcı tədbirlər görür. Əgər pandemiyanın əvvəlki dalğalarını az itki ilə başa vurmuşduqsa, bu, dövlət rəhbərliyinin qətiyyətli qərarları və iradəsi nəticəsində olmuşdu. Bu baxımdan Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətini artırması, bəzi məhdudiyyətləri tətbiq etməsi vaxtında verilmiş qərardır.


Azərbaycan ÜST-ün tövsiyələrinə çox ciddi yanaşır


ÜST-ün Azərbaycan ofisinin rəhbəri Hande Harmancı BMT-nin xəbərlər saytına müsahibəsində bildirib ki, vaksinlərin və dərmanların olmadığı vaxtda Azərbaycan regionda pandemiyanın qarşısını almaq üçün yeganə vasitələr olan epidemioloji və sosial tədbirlər görməyə başlayan ilk ölkələrdən biri olub. Bu tədbirlər sistemli xarakter daşıyır və milli səviyyədə həyata keçirilir.

O xatırladıb ki, Azərbaycanda hələ martın əvvəllərində məktəblər bağlanıb və tədricən epidemioloji və sosial tədbirlər sərtləşdirilməyə başlanıb. Karantin tətbiq edilib, insanlara evdən çıxmamaq tövsiyə edilib, bir çox ofislər bağlanıb. Yaydan sonra tədbirlər yumşaldılıb.

H.Harmancının sözlərinə görə, Azərbaycan ÜST-ün tövsiyələrinə çox ciddi yanaşır. Başa düşülməlidir ki, ÜST elmi və texniki tövsiyələr təqdim edir, onların icrası hər bir ölkənin işidir. Bu ölkələrin hökumətləri vəziyyətin spesifikasını, cəmiyyətin strukturunu, mədəni xüsusiyyətləri, müəyyən tədbirlərin ehtimal dərəcəsini və sair amilləri nəzərə almalıdırlar. Azərbaycan da ÜST-ün tövsiyələri ilə ümumi məxrəcə gəlməyə çalışır: "Mən iki mühüm nailiyyəti qeyd etmək istərdim. Onlar xəstəliyə yoluxmanın və epidemioloji ab-havanın izlənməsinin rəqəmsal sistemini cəmi üç ay ərzində yaradıblar. Bu, böyük nailiyyətdir. Bu, onu deməyə əsas verir ki, hökumət pandemiyaya müqavimət göstərmək əzmindədir və bunun üçün imkanları var. Bir də bütün maraqlı tərəflərin milli səviyyədə yaxşı koordinasiya olunmuş fəaliyyətlərini vurğulamaq istərdim. Məlumdur ki, belə fövqəladə vəziyyətin öhdəsindən yalnız Səhiyyə Nazirliyinin gücü ilə gəlmək mümkün deyil. Buraya ən müxtəlif nazirliklər cəlb olunmalıdır. Azərbaycanda Baş nazir səviyyəsində Operativ Qərargah yaradılıb. Qərargah müxtəlif nazirləri və nazir müavinlərini bir yerə cəmləyib ki, onlar daha səmərəli əməkdaşlıq etsinlər və cavab tədbirlərini əlaqələndirsinlər”.

Qarabağ müharibəsinin başlanması ilə əlaqədar səhiyyədə vəziyyətlə bağlı sualı cavablandıran H.Harmancı xatırladıb ki, bəyanat imzalandıqdan sonra çoxlu sayda insan əllərində bayraqlarla küçələrə çıxaraq mahnı oxuyub, şənləniblər: "Biz bilirik ki, mahnı oxuyan zaman ağızdan selik havaya yayılır, bu, çox təhlükəlidir. Mən pəncərədən müşahidə edirdim - insanlar, xüsusən də gənclər, hər yerdə idilər bu, məni çox narahat edirdi. Düşünürəm ki, inkubasiya dövründən sonra, yəni 1-2 həftədən sonra biz infeksiyanın artmasının şahidi olacağıq”.


Məhdudiyyətlərin tətbiqi əhalini qorumaq üçündür


Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verməmək, məsafə saxlamaq və digər qaydalara riayət olunması zəruridir. 2-3 ay öncə gündəlik yoluxmanın sayı 100-150 idisə, hazırda bu rəqəm 15-20 dəfə artaraq 2500-ə çatıb. Əgər virusun geniş yayılmasının qarşısı alınmasa, fəsadları ağır ola bilər. Ona görə də xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları da çoxalacaq. Dövlət üzərinə düşəni edib və artıq insanlarımızın növbəsidir ki, pandemiyanın növbəti dalğasının başlanmasının qarşısını alaq. Buna isə yalnız karantin qaydalarına maksimum şəkildə riayət etməklə nail ola bilərik.

Hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv olması ilə nəticələnər. Tətbiq olunmuş məhdudiyyətlərin tətbiqi yalnız əhalini qorumaq üçündür. Təhlükənin öhdəsindən həm özümüz qaydalara əməl etməklə, həm də hər birimiz qaydaları pozanlara etiraz etməklə gələ bilərik. Tətbiq olunan qaydalar milli təhlükəsizlik və həmrəylik məsələsidir. Tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimum şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükədir.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM