01:06 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
23:13 19.01.2021 Faktiki hava proqnozu
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Beynəlxalq konfransda Azərbaycanda yaradılan iqtisadi islahatların idarə edilməsi modelindən danışılacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:53 24.11.2020


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı "Özbəkistanda islahatların inkişafının ölçülməsi: Beynəlxalq reytinqlər və indekslər” mövzusunda beynəlxalq konfransın açılış panelində iştirak edəcək.

V.Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılan iqtisadi islahatların idarə edilməsi modeli barədə çıxış edəcək. İİTKM-in üç əsas fəaliyyət istiqaməti - iqtisadi təhlil, monitorinq və qiymətləndirmə, islahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası - arasında funksionallıq barədə təqdimat olunacaq. Xüsusilə də konfrans iştirakçıları ilə Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi və beynəlxalq qurumlarla əməkdaşlıq, həmçinin dövlət-özəl dialoqu əsasında islahatların dizaynı, qəbulu, realizasiyası və qiymətləndirilməsi barədə təcrübə bölüşdürüləcək.

Tədbirdə Özbəkistanın dövlət qurumlarının rəhbər şəxsləri, BMT başda olmaqla beynəlxalq təşkilatların nümayəndələri və dünyada tanınmış iqtisadçıların iştirakı planlaşdırılır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM