01:41 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
23:13 19.01.2021 Faktiki hava proqnozu
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Neftçala şəhərinə yeni mənbədən içməli suyun verilməsinə başlanılıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:52 24.11.2020


İçməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi tapşırığı əsasında icra olunan layihə yekunlaşıb. Noyabr ayının əvvəlindən yeni mənbədən Neftçala şəhərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsinə başlanılıb.

"Azərsu” ASC-nin bununla bağlı yaydığı məlumatda bildirilir ki, 2020-ci ilin iyun ayında icrasına başlanmış layihəyə əsasən, Neftçala şəhərinə Şirvan-Muğan qrup su kəmərindən içməli suyun verilməsi qərara alınıb. Bu məqsədlə magistral kəmərin Salyan şəhəri yaxınlığından keçən hissəsindən Neftçala şəhərinə qədər 560 mm diametrli polietilen borularla 40 km uzunluğunda magistral kəmərin inşasına başlanılıb. Magistral xəttin inşası mürəkkəb coğrafı ərazidə həyata keçirilib. Kəmərin 16 nöqtədə magistral və kənd yolları, 18 nöqtədə isə müxtəlif suvarma və drenaj kanalları ilə kəsişmələrində keçidlər quraşdırılıb. Tikintinin ən mürəkkəb hissəsi Kür çayı ilə kəsişmədə aparılıb və bu məqsədlə xüsusi metal konstruksiyalarla 262 metr uzunluğunda asma körpü inşa edilib.

Magistral xəttə ötürülən suyun idarə olunması məqsədilə kəmər üzərində 25 ədəd təxliyyə, 34 ədəd vantuz, 14 ədəd siyirtmə quraşdırılıb. Neftçala şəhərinin su təchizatındakı vəziyyət nəzərə alınaraq inşaat işləri bir neçə tikinti briqadası tərəfindən eyni vaxtda paralel aparılıb. Nəticədə kəmərin tikintisi nəzərdə tutulduğu vaxtdan 1 ay əvvəl başa çatdırılıb.

Tikini-quraşdırma işləri başa çatdıqdan sonra kəmər yuyulub-dezinfeksiya edilərək Neftçala şəhərinin mövcud paylayıcı şəbəkəsinə birləşdirilib və noyabr ayının əvvəllərində suyun verilməsi təmin edilib. Artıq Neftçala şəhərinin sakinlərinin içməli su təchizatı mərkəzləşdirilmiş şəbəkə vasitəsilə yeni mənbədən aparılır. Neftçala şəhəri və ətraf kəndlərin dayanıqlı su təchizatı məqsədilə kəmərin tikintisi ilə paralel olaraq həcmi 7500 kubmetr olan su anbarı da inşa edilib. Salyan rayonu ərazisində relyef baxımından yüksəklikdə inşa edilən anbar suyun Neftçala rayonuna özüaxımlı rejimdə çatdırılmasına imkan verir.

Salyan-Neftçala magistral kəmərin istismara verilməsi modul tipli su-təmizləyici qurğulara suyun maşınlar vasitəsilə daha yaxın məsafədən çatdırılmasına da imkan yaradıb.

Neftçala rayonunun kənd və qəsəbələrinin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə növbəti mərhələdə Şirvan-Muğan qrup su kəmərindən rayon ərazisinə ikinci magistral su kəmərinin inşası layihələndirilib. Yeni yaradılacaq infrastruktur hesabına Neftçala rayonunda 80 mindən çox sakinin keyfiyyətli və dayanıqlı içməli suya çıxışı təmin olunacaq.

Gələcəkdə Neftçala şəhərinin sovet dövründə tikilmiş və istismar müddətini başa vurmuş içməli və tullantı su şəbəkələrinin yenidən qurulması da nəzərdə tutulur. Layihəyə əsasən, Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli, 116 km tullantı su şəbəkələri yaradılacaq, məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu inşa olunacaq.

Qeyd edək ki, son illər müşahidə olunan quraqlıq səbəbindən 2020-ci ilin yay aylarında Kür çayında su səviyyəsinin azalması və Xəzər dənizi suyunun çay suyuna qarışması nəticəsində Neftçala şəhəri və rayonun 30-dan artıq kəndinə Kür mənbəyindən içməli suyun verilməsi dayandırılıb. Yaranmış problemin həlli məqsədilə "Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi təxirəsalınmaz tədbirlər çərçivəsində əhalinin içməli suya olan tələbatı alternativ yolla ödənilirdi. Bu məqsədlə Salyan şəhərindən suyun daşınması üçün nəqliyyat vasitələri cəlb edilib və yaşayış məntəqələrində müvəqqəti su çənləri quraşdırılmışdır. Yeni kəmər istismara verildikdən sonra Neftçala şəhərinə maşınlarla suyun daşınması dayandırılıb.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM