01:42 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
23:13 19.01.2021 Faktiki hava proqnozu
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Caspian Energy Club” Qarabağ nümayəndəliyinin yaradılmasına başlayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:52 24.11.2020


"Caspian Energy Club”un üzvlərinin "Qarabağ Azərbaycandır!” mövzusunda keçirilən ümumi toplantısı çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin abadlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Klubdan AZƏRTAC-a bildirilib ki, "Caspian Energy Club”un üzvləri klubun sədri və baş icraçı direktoru Telman Əliyevin "Caspian Energy Club”un Qarabağda və işğaldan azad olunmuş bütün rayon mərkəzlərində daimi nümayəndəliklərinin yaradılması təklifini yekdilliklə dəstəkləyiblər. Bu nümayəndəliklər potensial investor və beynəlxalq şirkətlər üçün sahə biznes-forumların, biznes-tur və onlayn təqdimatların təşkili ilə məşğul olacaq. Həmin nümayəndəliklərə Qarabağdan çıxmış, həmçinin işğaldan azad olunmuş ərazilərdə infrastrukturun və həyat fəaliyyətini tənzimləyən bütün sahələrin abadlaşdırılmasını sərbəst şəkildə investisiyalaşdırmağa və bu prosesdə şəxsən iştirak etməyə hazır olan sahibkarlar rəhbərlik edəcək.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. "Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. "Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM