00:58 24 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


00:28 24.01.2021

Kəndli razılıq edir


00:21 24.01.2021

Məmmədbəyli türbəsi


00:19 24.01.2021

Saatlı məscidi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ-da prezident seçkiləri ətrafında söz-söhbətlər səngimir
ANA SƏHİFƏ / DÜNYA
00:51 24.11.2020


ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Demokrat Co Bayden seçicilərin 306, respublikaçı Donald Tramp isə 232 səsini qazanıblar. Hazırkı Prezidentin komandası səslərin yenidən hesablanması və poçt səsverməsinin etibarsız sayılması barədə onlarca iddia qaldırıb. Demək olar ki, bütün iddialar, iki kiçik dairə istisna olmaqla, rədd edilib.

Pensilvaniya və Miçiqan ştatları ABŞ Prezidenti seçkilərində səsvermənin nəticələrini elan etməyə hazırlaşır, Nevada Seçki Komissiyası isə çərşənbəyədək vaxt alıb. Donald Tramp komandasının iddiaları hər üç ştatda səslərin qismən yenidən hesablanmasına yönəlib.

Bundan əvvəl səslər qismən və ya tamamilə Arizona, Corciya və Viskonsin ştatlarında yenidən hesablanmışdır.

Demokratlar dəfələrlə Trampı məğlubiyyəti etiraf etməyə və hakimiyyətin sakit ötürülməsini təmin etməyə çağırıblar. İndi bəzi yüksəkvəzifəli respublikaçılar da buna çağırırlar.

Nyu-Cersinin keçmiş qubernatoru Kris Kristi Tramp komandasının Baydenin qələbəsinə etiraz etmək cəhdlərini "milli rüsvayçılıq” adlandırıb. Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Herbert Makmaster bildirib ki, onun hərəkətləri cəmiyyətə mənfi təsir göstərir və insanları sistemə şübhə ilə yanaşmağa məcbur edir...

Onu da qeyd edək ki, formal olaraq seçkilərin nəticələri yanvar ayına qədər rəsmi elan edilə bilməz. Bununla yanaşı, bir çox siyasətçilər Co Baydeni seçkidəki qələbəsi münasibətilə təbrik ediblər. Onların arasında Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Vladimir Zelenski, Venesuelanın lideri Nikolas Maduro, Böyük Britaniya və İsrailin Baş nazirləri Boris Conson və Benyamin Netanyahu, Almaniyanın kansleri Angela Merkel də var.

Bu arada Rusiya Prezidenti Vladimir Putin Co Baydeni seçkilərdə qazandığı qələbə münasibətilə hələ də təbrik etmədiyinin səbəbini açıqlayıb. Rusiya lideri bildirib ki, o, ABŞ-da yekun nəticələrin rəsmi elan edilməsini gözləməyi düzgün hesab edir. Vladimir Putin "Moskva” proqramında bəyan edib ki, Rusiya "Amerika xalqının etimad göstərdiyi istənilən insanla” işləyəcək. V.Putin həmçinin "daxili siyasi qarşıdurmanın bitməsini” gözlədiyini açıqlayıb. O, tərəflərdən birinin digərinin qələbəsini tanıdığı, yaxud seçkinin nəticələrinin legitim şəkildə yekunlaşacağı halda seçkinin sona çatacağını bildirib. Rusiya liderinin dediyinə görə, ABŞ Prezidentinə təbriklə bağlı gözləntidə "heç bir arxa fikir və qeyri-adi bir şey yoxdur”. Bununla yanaşı, Putin "ABŞ-la münasibətləri korlamaqdan qorxmurmu” sualına cavabında isə bildirib ki , "korlanmış münasibətlər artıq korlana bilməz, onlar artıq korlanıblar.”

Bu arada Co Bayden ABŞ-ın yeni Dövlət katibinin təyin edilməsi planından danışıb. O, köməkçisi Entoni Blinkeni bu vəzifəyə irəli sürmək niyyətindədir.

Bundan başqa, Bayden Jak Sallivanı Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi təyin etməyi nəzərdə tutur. Bayden ABŞ-ın vitse-prezidenti postunu tutarkən Sallivan onun xarici siyasət məsələləri üzrə köməkçisi, 2016-cı ildə sabiq dövlət katibi Hillari Klinton ABŞ prezidentliyinə namizədliyini irəli sürərkən isə onun xarici siyasət məsələləri üzrə məsləhətçisi vəzifələrində çalışıb.

Mənbələr bu təyinatların yaxın günlərdə elan ediləcəyini təsdiqləyiblər. Bu məlumat Baydenin artıq Ağ Ev Aparatının rəhbəri təyin etdiyi Ron Klaynın bəyanatı ilə üst-üstə düşür. Klaynın dediyinə görə, seçilmiş prezident noyabrın 24-25-də gələcək Administrasiyasında əsas vəzifələrə təyinatları elan edəcək.

Rizvan HİLALOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM