07:57 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türk Ordusu bir ay ərzində 80 terrorçunu məhv edib
ANA SƏHİFƏ / DÜNYA
19:55 23.11.2020
Təkcə son bir ay ərzində Türkiyə ordusu 31 antiterror əməliyyatı keçirib, onlardan səkkizi irimiqyaslı əməliyyat olub. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.
Bildirilir ki, Türkiyə hərbçilərinin uğurlu əməliyyatları nəticəsində bir ay ərzində regionda 80 terrorçu məhv edilib.
İraqın şimalında da terrorçulara qarşı fəal tədbirlər davam edir.
"Pənçə" adı altında antiterror əməliyyatlarının müxtəlif mərhələləri çərçivəsində 2019 - cu ilin may ayından bu günə qədər İraq ərazisində 348 terrorçu zərərsizləşdirilib", - deyə məlumatda bildirilir.
Türkiyə ordusunun hərəkətləri regionda terror təhlükəsinin azalmasına gətirib çıxardı. Türkiyə Müdafiə Nazirliyindən bildiriblər ki, PKK sıralarını tərk edən və Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olanların sayı artmaqdadır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM