Alternative content

14:09 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yurd həsrətlilər doğma yerlərə rahat yollarla dönəcəklər
Yurd həsrətlilər doğma yerlərə rahat yollarla dönəcəklər
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:48 22.11.2020


İşğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun qurulmasına başlanıb


Hələ qədim zamanlardan müdriklər deyiblər ki, abad kənd yolundan bəlli olar. Müasir dünyamızda isə yollar olmadan heç bir inkişaf və tərəqqidən söhbət gedə bilməz.

Azərbaycanda ən müasir infrastruktur yaradılmasına önəm verən Prezident İlham Əliyev yeni yolların çəkilməsinə də xüsusi diqqət ayırır.

Həm də söhbət geniş mənada yollardan gedir. Son illər Azərbaycanda təkcə kəndlər, rayonlar və şəhərlər arasında deyil, eləcə də ölkəmizi qonşu dövlətlərin ərazisi ilə birləşdirən yeni rahat yollar çəkilib. Azərbaycan həmçinin Şərq-Qərb, Şimal-Cənub marşrutlarının qovşağına çevrilib. Qaradağ rayonunun Ələt qəsəbəsində tikilmiş yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanda avtomobil, su və dəmir yollarının bir-birinə qovuşmasına imkan verir.

Regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının həyata keçirilməyə başlandığı vaxtdan ölkəmizdə hər il ən azı 1000 kilometr yeni avtomobil yolu salınıb, köhnələri əsaslı təmir edilib. Dünyanı sınağa çəkən və Azərbaycandan da yan keçməyən koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Prezident İlham Əliyev hələ virusun yayıldığı ilk günlərdən bəyan edib ki, heç bir infrastruktur layihəsi ixtisar edilməyəcək.

Beləliklə, bu il yeni salınmış neçə-neçə yol istifadəyə verilib. Dövlət başçısı paytaxtda, eləcə də rayonlara səfərləri çərçivəsində onlardan çoxunun açılışında iştirak edib. Bundan əlavə, bir sıra yeni yolların salınması, əsaslı şəkildə təmir olunması və həmin məqsədə vəsait ayrılması üçün də sərəncamlar imzalanıb.

İndi biz erməni vandallarının işğalından azad etdiyimiz ərazılərimizə də yeni, müasir yollar çəkirik. Öz dağıdıcılıq, talançılıq xislətindən əl çəkməyən düşmən qoy baxıb xar olsun.

Bu işlərə Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasından başlanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, ümumi uzunluğu 29 kilometr olan avtomobil yolları IV texniki dərəcəyə uyğun bərpa edilir.

Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxıb və dağılıb. Yolun yenidən inşası üçün oradan yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğunun aparılması, torpaq yatağının bərpa olunması və digər işlər daxildir ki, onlar da müvəffəqiyyətlə yerinə yetirilməkdədir.

Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı da göstəriş verib. Artıq bu yolun tikintisi gedir.

Noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olarkən layihənin icrasının gedişi ilə tanış olublar.

Prezident İlham Əliyev bu yolun əhəmiyyətini qeyd edərək deyib: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir”.

Prezidentin noyabrın 17-də imzaladığı sərəncamda deyilir: "Ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50,0 (əlli) milyon manat ayrılsın”.

Füzulidə olarkən dövlət başçısı yolun təməlqoyma mərasiminin həm də böyük rəmzi məna daşıdığını qeyd edib. Çünki əvvəllər belə bir yol olmayıb. Sovet vaxtında Şuşaya yol Ağdam ərazisindən gedib. O, Ağdam-Xankəndi-Şuşa yolu olub. İndi həmin yoldan istifadə etmək hələ ki, mümkün deyil.

Yeni yol çox rahat, geniş olacaq və Şuşaya rahat gediş-gəlişə imkan verəcək.

Beləliklə, ata-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin icrası istiqamətində uğurlu addımların atılmasına başlanıb. Yurd həsrətli insanlarımız və işğaldan azad edilmiş torpaqlara qurub-yaratmaq missiyası ilə qədəm qoyan strukturların nümayəndələri o yerlərə eləcə də yeni çəkilmiş rahat yollarla gedəcəklər.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM