Alternative content

13:32 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məhdudiyyətlərin tətbiqi vətəndaşlarımızı qorumaq üçündür
Məhdudiyyətlərin tətbiqi vətəndaşlarımızı qorumaq üçündür
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:46 22.11.2020


Koronavirus bütün ölkələrdə tüğyan etməkdədir. İnfeksiyaya yoluxanların sayı hər gün rekord sayda artaraq dünyadakı epidemik vəziyyəti gərginləşdirir. İnfeksiyaya yüksək yoluxma dinamikasının müşahidə edilməsi isə COVID-19-a qarşı daha effektiv tədbirlərin görülməsini zəruri edir. Bu səbəbdən də bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

Ölkəmizdə də son dövrlər koronavirusa yoluxma sayı artıb. Hətta gündəlik yoluxma sayında rəqəmlər iki, üç minin üzərinə qalxıb ki, bu da qətiyyən arzuolunmaz haldır. Buna görə də respublikamızda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 28 dekabradək uzadılıb.

Bununla belə, son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından bəzi qadağaların yenidən tətbiq edilməsinə də qərar verilib. Belə ki, sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu qadağaların müddəti 7 dekabradək uzadılıb.

Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət də 28 dekabradək uzadılıb və bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Eyni zamanda şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Dünyadakı, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan yaşı 65-dən yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur. Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.


Küçələrdə də maska taxmaq məcburidir


Digər bir mühüm qərar qapalı və açıq məkanlarda tibbi maskalardan istifadənin məcburi olması ilə bağlıdır. Artıq xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur. Bununla da maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. Xatırladaq ki, tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov bildirib ki, açıq havadakı ictimai yerlərə küçələr də daxildir və qeyd olunan tarixdən istər küçə, istərsə də park, bulvar və digər ictimai yerlərdə maska taxılması tələbi məcburidir. Bu tələblərin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz, vəzifəli şəxslər iki yüz, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.


Yoluxmanı və ölüm sayını maksimum azaltmalıyıq


Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin artırılması, bəzi məhdudiyyətlərin tətbiq edilməsi vaxtında verilmiş qərardır. Dünyada koronavirusa yoluxma tendensiyasının sürətlənməsi Cənubi Qafqaz regionundan, o cümlədən ölkəmizdən də yan keçməyib: "Bu baxımdan virusun yayılmasının qarşısını almaq üçün mütləq sərt addımlara gedilməli, yoluxmanı və ölüm sayını maksimum azaltmalıyıq. Əgər virusun geniş yayılmasının qarşısı alınmasa, fəsadları ağır ola bilər. Ona görə də xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları daha da çoxala bilər. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verməmə, məsafə saxlama və s. kimi məsələlərə, qaydalara riayət olunması zəruridir.

Ə.Əmiraslanov onu da söyləyib ki, hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin icrasının mümkün qədər effektiv olması ilə nəticələnər. Tətbiq olunmuş məhdudiyyətlərə əməl etmək lazımdır. Bu məhdudiyyətlərin tətbiqi yalnız əhalimizi qorumaq üçündür: "Təhlükənin öhdəsindən həm özümüz qaydalara əməl etməklə, həm də hər birimiz qaydaları pozanlara etiraz etməklə gələ bilərik. Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur”.


Həkim təyinatı olmadan müxtəlif dərmanların istifadəsi fəsadlara səbəb ola bilər


Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov məlumat verib ki, bir çox xəstələr özlərini koronavirusdan evdə müalicə etməyə çalışırlar. Həmin xəstələr sonradan ağırlaşmış formada xəstəxanaya müraciət edirlər ki, bu da həm xəstələri, həm də həkimləri çətin vəziyyətdə qoyur: "Koronavirusa qarşı həkim təyinatı olmadan müxtəlif dərmanların istifadəsi bır sıra fəsadlara səbəb ola bilər. Yüngül simptomlu xəstələr evdə müalicə prosesində ağırlaşma müşahidə etdikdə dərhal həkimə müraciət etməlidirlər. Evdə müalicə olunan koronavirus xəstələrinin evi tərk etmələri və ziyarətçi qəbul etmələri isə qəti qadağandır”.

Azərbaycanda koronavirusa yoluxma sayının hər gün artması narahatlıq doğurur. Aidiyyəti qurumlar tərəfindən ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil olunaraq bütün lazımi addımlar atılır. Amma görülən tədbirlərin effektiv olması üçün vətəndaşların da karantin qaydalarının tələblərinə tam şəkildə əməl etmələri vacibdir.

Bu ciddi təhlükədən qorunmaq üçün hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir və bir an belə məsuliyyət hissini unutmamalıdır.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM