Alternative content

14:11 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstanbulda təşkil edilən və ölkəmizin də təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisi başa çatıb
İstanbulda təşkil edilən və ölkəmizin də təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisi başa çatıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:39 22.11.2020


İstanbulda keçirilən "MUSİAD Expo 2020” sərgisi başa çatıb. Sərgidə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialı nümayiş etdirilib, iki qardaş ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır” ("Karabakh is Azerbaijan”) stendi ilə təmsil olunub. Stendin dizaynında Şuşa qalasının və Yuxarı Gövhər Ağa məscidinin formalarından istifadə edilib. İki hissədən ibarət stendin birinci bölməsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin zəngin təbii sərvətləri, faydalı qazıntıları və turizm potensialı barədə məlumat verilib, Qarabağın mədəni irsini və sənətkarlıq nümunələrini əks etdirən xalçalar, kəlağayılar və sair nümayiş olunub. İkinci hissədə ziyarətçilərə mədən, tikinti, elektrik, nəqliyyat və rabitə kommunikasiyaları, avtomobil sənayesi, əczaçılıq sektorlarında fəaliyyət göstərən 20-yə yaxın Azərbaycan şirkətinin məhsulları, eləcə də ölkəmizin sənaye potensialı və sənaye parkları barədə məlumatlar təqdim edilib.

Sərgini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, qardaş ölkənin nazirləri, bir sıra dövlət nümayəndələri və digər rəsmi şəxslər ziyarət ediblər.

İşğaldan azad edilən ərazilərimizin mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materialların nümayiş olunduğu, ölkəmizin sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatların verildiyi Azərbaycanın qələbə şüarı olan "Qarabağ Azərbaycandır!” stendi ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb.

Xatırladaq ki, Azərbaycan indiyədək müxtəlif ölkələrdə təşkil edilən beynəlxalq sərgilərdə iştirak etsə də, ilk dəfədir ki, "Qarabağ Azərbaycandır!” qələbə şüarı ilə dost və qardaş Türkiyədə keçirilən beynəlxalq sərgidə təmsil olunub.

Ölkəmizin sərgidə builki iştirakının məqsədi Azərbaycanın işğaldan azad olunmuş rayonlarının zəngin sərvətləri, faydalı qazıntıları, turizm potensialı və mədəni irsi barədə Türkiyə və xarici investorları məlumatlandırmaq, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərinə, biznesin qurulmasına xarici investorları cəlb etməkdir.

Qeyd edək ki, "MUSİAD Expo 2020” sərgisi Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə keçirilir. Builki sərgidə 80-dən çox ölkədən olan şirkətlərin məhsulları nümayiş etdirilib. Sərgi çərçivəsində bir sıra tədbirlər, o cümlədən beynəlxalq biznes-forumu, iş adamları arasında ikitərəfli görüşlər də keçirilib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM