Alternative content

12:54 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronavirusdan qorunmaq mümkündür
Koronavirusdan qorunmaq mümkündür
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:38 22.11.2020


Hər gün dünyanın müxtəlif ölkələrindən COVID-19-la bağlı verilən məlumatlar "yoluxma sayı yüksəlib” sözləri ilə bitir. Vəziyyət nəinki yaxşılığa doğru dəyişmir, əksinə, gündən-günə ağırlaşır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında da dünyada son həftə ərzində koronavirusa yoluxanların da, bu təhlükəli virus səbəbindən vəfat edənlərin də sayının artdığı açıqlanıb.

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 56 milyonu ötüb. Belə ki, indiyədək 56 500 421 nəfər koronavirusa yoluxub, 1 353 376 nəfər bu virusdan dünyasını dəyişib, 39 302 041 nəfər sağalıb. Hazırda dünyada 15 845 004 aktiv koronavirus xəstəsi var. Onlardan 101086-nin vəziyyəti ağır qiymətləndirilir.

Aylardır ki, dünyanın böyük, inkişaf etmiş ölkələri belə bu bəlalı virusun qarşısında aciz qalıb. Koronavirusla bağlı hər gün yenilənən statistikada yenə də Amerika və Avropa ölkələri ön sıralardadır. Azərbaycanla qonşu olan İran, Rusiya və Türkiyə kimi böyük ölkələrdə koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Əksər ölkələrdə yaranmış kritik vəziyyətə görə karantin rejimi sərtləşdirilib. İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə müxtəlif tibbi-profilaktik tədbirlər həyata keçirilir. Sutka ərzində koronavirusdan dünyasını dəyişənlərin sayı 116, virusa yoluxanların sayı isə 4215 nəfərə yüksələn Türkiyədə də karantin rejimi qaydalarına nəzarət yenidən gücləndirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında bildirib ki, yoluxma halları belə davam edərsə, hamı üçün ağır nəticələrə gətirib çıxaracaq. Ərdoğan çıxışında deyib: "Bununla əlaqədar olaraq həftəsonları saat 10:00-20:00 arası istisna olmaqla, küçələrə çıxmaq məhdudlaşdırılacaq. Məktəblər ilin sonuna qədər onlayn olaraq davam edəcəklər”.

Koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika Azərbaycanda da vəziyyətin yaxşılığa doğru dəyişmədiyini göstərir. Təəssüf ki, son günlər dünyada olduğu kimi, ölkəmizdə də bir sıra obyektiv və subyektiv səbəblərdən yeni növ koronavirus infeksiyasına yoluxma halları artıb.

COVID-19 bəlası dünyanın kabusuna çevrilməyə başladığı günlərdən Azərbaycanda məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. İnfeksiyanın yayılma sürətini zəiflətmək üçün zəruri işlər görülür. Lakin təhlükəli virus Azərbaycanda da fəsadlar törətməkdə davam edir. Oktyabr ayından gündəlik yoluxmada artım nəzərə çarpır. Nazirlər Kabineti yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq ölkə ərazisində xüsusi karantin rejiminin müddətini dekabrın 1-dək uzadıb. Bütün təhsil pillələri üzrə tədrisin distant təşkilinə başlanılıb. Hazırda təhsil işçilərini, təhsil alanları və valideynləri ən çox maraqlandıran suallardan biri ənənəvi tədrisə nə zaman keçiləcəyidir. Təhsil naziri Emin Əmrullayevin verdiyi açıqlamadan məlum olan budur ki, distant təhsil hələ davam edəcək. Təhsil naziri qeyd edib ki, biz hazırda koronavirusla bağlı böhranlı vəziyyətdəyik və bu vəziyyətdə idarəetmənin özünəməxsus çətinliyi var. Emin Əmrullayev hazırkı situasiyanın elə də asan olmadığını diqqətə çatdırıb: "İnanıram ki, müəyyən vaxt ərzində biz birlikdə bu vəziyyətdən çıxa bilərik. Hazırda bir milyon 200 mindən artıq şagird, 120 mindən artıq müəllim virtual məktəbə qoşulub. Say artır. İnternetdə də çətinliklər mövcuddur. Bakı şəhərində 75-80 faiz şagird elektron təhsildən yararlanır. Digər şagirdlərin isə teledərslərdən yararlandığına inanırıq. Hələlik situasiyanı izləyirik. Proses bitdikdən sonra monitorinq aparıb, müəyyən müdaxilələr hazırlaya bilərik”.

Hazırda əyani məktəbə qayıtmağın riskli olduğunu nəzərə çatdıran Təhsil naziri bildirib ki, insanların sağlamlığı ən vacib məsələdir: "İndi valideynlərdən bizə müraciətlər daxil olur ki, hazırkı vəziyyətdə üzbəüz dərslərin keçirilməsi risklidir. Pandemiya ilə bağlı vəziyyət imkan verərsə, əlaqədar qurumlarla razılaşdırılmaqla, ənənəvi təhsilin bərpa edilməsi Təhsil Nazirliyi üçün arzuolunandır. Bəzi təhsil müəssisələri ənənəvi tədrisə keçmək üçün cəhd edirlər. Nazirlik monitorinq aparır və qarşısı alınır”.

Bu gün insanların əksəriyyəti COVID-19-dan əvvəlki günlərinin xiffətini çəkir. Yenidən həmin həyat tərzini keçirmək hər kəsin arzusudur. Bu arzunun həyata keçməsini asanlaşdırmaq isə hər birimizdən asılıdır. Mütəxəssislər diqqətə çatdırırlar ki, bəşəriyyətin koronavirus bəlasından qurtulması üçün, ilk növbədə, sadə və zəruri qaydalara əməl edilməlidir. Sosial məsafə saxlanılmalı, tibbi maskadan istifadə edilməli, gigiyenik qaydalara əməl olunmalıdır. Əks halda COVID-19 infeksiyasına yoluxma halları kəskin artmaqda, sanitar-epidemioloji vəziyyət pisləşməkdə davam edəcək. Diqqətə çatdırdığımız sadə və zəruri qaydalara əməl etməklə isə yalnız özümüzü deyil, həm də ətrafımızdakı insanları yeni növ koronavirusdan qoruyuruq. Hər kəs diqqətli olmalı, COVID-19-a yoluxduğundan şübhələnirsə, xəstəliyin əlamətlərini hiss edirsə, həkimə müraciət etməlidir. Evdə müalicəyə gəlincə, bu zaman müalicənin həkim nəzarəti altında aparılması tövsiyə olunur. Bu barədə danışan Səhiyyə Nazirliyinin İşçi qrupunun üzvü Nailə Daşdəmirova bildirib: "Bu xəstəliyin spesifik müalicəsi yoxdur, amma simptomatik müalicə təyin oluna bilər. Əgər xəstəliyin gedişində ağırlaşma olarsa, xəstə həkimin göstərişi ilə xəstəxanaya yerləşdirilə bilər”. O, nəzərə çatdırıb ki, evdə müalicə alan xəstələr şərait imkan verirsə, digər ailə üzvlərindən təcrid olunmalı, başqa otaqda yerləşdirilməlidirlər: "İmmuniteti möhkəm olan ailə üzvü maska və əlcəkdən istifadə edərək, dezinfeksiya qaydalarına əməl etməklə xəstəyə qulluq etməlidir. Bacardıqca sosial məsafəni gözləmək lazımdır. Səthlər dezinfeksiya olunmalı, xəstənin yatağı tez-tez dəyişdirilməli, otaq yaxşı havalandırılmalıdır. Yataq dəyişdirilən zaman onu digər ailə üzvlərinin çamaşırları ilə birlikdə yumaq olmaz”.

Həkim onu da açıqlayıb ki, əgər xəstədə heç bir əlamət yoxdursa, ağciyərlərin KT olunmasına ehtiyac görülmür. 3 gündən artıq yüksək temperatur KT olunmaq üçün göstəriş ola bilər.

Səhiyyə Nazirliyinin rəsmisi onu da bildirib ki, son günlər ölkə ərazisində koronavirusa yoluxma sayında müşahidə olunan kəskin artım səhiyyə sisteminin yüklənməsinə səbəb olub. Nazirlik ambulator və poliklinik xidməti yüksəltməklə bu yükü bir qədər azaltmaq niyyətindədir.

Son günlər yayılan məlumatlar arasında peyvəndlə bağlı müsbət irəliləyişlərin çox olduğu da var. Ancaq o da qeyd olunur ki, peyvənd ixtira olunandan sonra da virusla mübarizədə qorunma tədbirlərindən maksimum istifadə etmək zərurəti qalacaq.

Koronavirus həyatımızı çərçivəyə saldığı ilk günlərdən bu şüar dillər əzbəri olub: "Biz birlikdə güclüyük”. COVID-19 zəncirini qırmaq üçün birlikdə mübarizə aparmaqdan başqa yol yoxdur. Unutmaq olmaz ki, ictimai nəqliyyat, iaşə obyektləri, qapalı məkanlar, insanların sıx toplaşdığı yerlər infeksiyaya yoluxmalara təkan verir. Hər kəs öz məsuliyyətini dərk edərsə, deyilən qaydalara ciddi yanaşarsa, kütləvi toplaşmalardan mümkün qədər uzaq durarsa, virusa yoluxmaların sayı azalacaqdır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM