Alternative content

22:30 02 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətən tarixinin şərəf zəfəri
Vətən tarixinin şərəf zəfəri
ANA SƏHİFƏ / SİYASƏT
02:36 22.11.2020


Azərbaycan xalqını səciyyələndirən ən böyük cəhətlərdən biri tarixboyu özünün milli kimliyini və dəyərlərini qoruyub saxlaması, nəsildən-nəsilə ötürməsidir. Hətta işğala, əsarətə məruz qaldığımız dövrlərdə belə xalqımız öz milli dəyərlərini, bütövlüyünü qoruyub saxlamışdır. Öz soy-kökümüzü unutmamağımızın nəticəsidir ki, həmişə azadlığa can atdıq, müstəqillik uğrunda mübarizəmizi davam etdirdik.

1991-ci il sovetlər birliyinin dağılması nəticəsində Azərbaycan xalqı müstəqilliyini bərpa etdi. Lakin elə sovet dövlətinin qızışdırdığı erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarının nəticəsi olaraq xalqımız ötən əsrin 80-ci illərinin sonlarından ədalətsiz müharibə ilə üz-üzə qaldı. Birinci Qarabağ müharibəsində havadarlarından dəstək alan Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal etdi.

Bu illər ərzində Azərbaycan heç vaxt işğal siyasəti ilə barışmadı, torpaqlarımızın azadlığı uğrunda danışıqlar prosesi başladı. Bu prosesdə beynəlxalq hüquq Azərbaycanın tərəfində idi. BMT tərəfindən 4 qətnamə də qəbul edilmişdi. Lakin yenə də havadarlarına arxalanan Ermənistan torpaqları azad etməkdən boyun qaçırdı. İşğalçı ölkə danışıqları, sadəcə, imitasiya etməklə, vaxtı uzatmaqla Azərbaycanı işğal siyasəti ilə barışdırmağa çalışdı. Lakin xalqımız heç vaxt işğal siyasəti ilə barışmadı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyev danışıqlar prosesinə sadiq olmaqla yanaşı, ordu quruculuğunu da həyata keçirdi. Eyni zamanda Prezident

İlham Əliyev həmişə bəyan etdi ki, sülh danışıqları baş tutmayacağı təqdirdə, Azərbaycan torpaqlarını güc yolu ilə azad edəcək.

Təbii ki, hər bir tarixi hadisə üçün zaman lazımdır. O cümlədən torpaqlarımızın azadlığı uğrunda da zaman yetişməli və şərait formalaşmalı idi. 26 il davam edən atəşkəs rejimi dövründə yüz minlərlə məcburi köçkün bir an belə torpaqlarımızın azad olunması ilə bağlı ümidlərini itirmədilər, daim ölkə rəhbərliyinin siyasi xəttini dəstəklədilər. Öz inkişaf siyasəti, mükəmməl ordu quruculuğu ilə Prezident İlham Əliyev bu zamanı yetişdirdi. Ermənistanın danışıqlar prosesindən imtina etməsi isə Dağlıq Qarabağ probleminin güc yolu ilə həllini qaçılmaz etdi.

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Bu müharibə Azərbaycanın haqq savaşı idi. Biz öz vətənimiz, torpaqlarımız uğrunda müharibə aparırdıq. Biz məcburi köçkün olmuş, öz torpaqlarından didərgin düşmüş, Xocalıda əliyalın qətlə yetirilmiş əhalinin, birinci Qarabağ müharibəsi ərəfəsində şəhid olmuş igid, qəhrəman oğul və qızlarımızın qisasını almalı idik. Müharibənin ilk günlərindən başlayaraq cəsur Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib, həmrəylik nümayiş etdirdi. Bu müharibə xalqımızın necə güclü, qətiyyətli olduğunu bir daha bütün dünyaya göstərdi.

Qarabağın qara bəxtinə illərdir doğmayan günəş öz igid, mərd övladlarının ora ayaq basması ilə yenidən işıq saçmağa başladı. 44 gün ərzində Azərbaycan Ordusu tarix yazdı, işğal altında olan torpaqlarımızı azad etdi. Noyabrın 10-da isə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi.

Azərbaycan əsgəri öz canı bahasına Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı və Qarabağın ürəyi olan Şuşanı düşməndən azad etdi. İlham Əliyevin diktəsi və uğurlu siyasəti nəticəsində Dağlıq Qarabağın status məsələsi ləğv olundu. Məğlubiyyətlə üzləşən Ermənistan Ağdamı, Kəlbəcəri, Laçını tərk etməyə razı oldu.

Bu zəfəri biz əsgərlərimizin, zabitlərimizin qanı, canı bahasına əldə etdik. Bu qalibiyyəti Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində əldə etdik. Cənab İlham Əliyev öz ordusu ilə birlikdə Azərbaycan tarixinin yeni bir şanlı səhifəsini yazdı. 30 ildən sonra torpaqları azad edən sərkərdə kimi tarixə düşdü. Artıq tarix kitablarımız dəyişəcək, bu qalibiyyətimiz o kitabların səhifələrini qızıl hərflərlə bəzəyəcək. Bizim arzularımızda artıq Qarabağa yetişmək olmayacaq, çünki o arzumuza çatmışıq.

Kapitulyasiya aktına əsasən noyabrın 20-də düşmən Ağdam rayonundan çıxarıldı. Həmin gün xalqa müraciət edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza təbriklərini çatdıraraq dedi: "Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”.

Bəli, Füzulidən, Cəbrayıldan, Qubadlıdan, Zəngilandan, Şuşadan sonra artıq Ağdam da işğaldan azaddır. İndi Ağdamdan onun əsil sahiblərinin - Azərbaycan xalqının səsi eşidilir. 27 il taleyinə köçkünlük yazılmış ağdamlılar torpaqlarının azad edilməsinin sevincini yaşayır. Hər bir ağdamlı bu sevinci ona yaşatdığına görə Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordumuza minnətdardır. Hər bir ağdamlı azad olunmuş yurduna qayıdacağını səbirsizliklə gözləyir. Erməni vandallarının dağıtdığı, viran qoyduğu yurd yerlərimiz dirçələcək, Ağdam rayonu keçmiş şöhrətini yenidən bərpa edəcək.

Torpaqlarımızı azad etməklə Azərbaycan dövləti pozulmuş hüquqlarını bərpa etdi. Bu Qələbə ilə ordumuz həm də beynəlxalq hüququn tələblərini həyata keçirdi. Biz BMT-nin Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrini dövlətimizin gücü və Ali Baş Komandanımızın iradəsi sayəsində icra etdik. Biz Qələbəyə doğru bütün addımlarımızda beynəlxalq hüququn prinsiplərinə riayət etdik. Artıq bundan sonra işğaldan azad olunmuş Azərbaycan torpaqlarında öz qanunlarımız icra olunacaqdır. Həmin torpaqlarda Azərbaycan polisi xidmət aparacaq, sərhədlərimizi Azərbaycan sərhədçisi qoruyacaqdır. Azad olunmuş torpaqlarımızda Azərbaycan vətəndaşları yaşayıb yaradacaqdır. Həmin torpaqlarda yaşayacaq Azərbaycan vətəndaşlarının bütün konstitusion hüquqları Azərbaycan dövləti tərəfindən qorunacaqdır.

Torpaqlarımızın azad olunması müasir Azərbaycan tarixinin və dövlətçiliyinin şərəf zəfəridir. Bu zəfəri bizə yaşadan İlham Əliyev Azərbaycan dövlətinin yeganə ağrılı problemini sərkərdə qətiyyəti ilə yoluna qoydu.

İlham Əliyev həm də beynəlxalq təzyiqlərin qarşısını aldı və bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

İlkin RÜSTƏMLİ,

Səbail Rayon Məhkəməsinin hakimi





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM