Alternative content

14:34 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşinyan mitinqləri terrorla dağıdır
Paşinyan mitinqləri terrorla dağıdır
ANA SƏHİFƏ / SİYASƏT
02:34 22.11.2020


Ermənistanda siyasi gərgiinlik daha dramatik vəziyyət almaqdadır. Paşinyanın rəhbərlik etdiyi hökumətə qarşı etirazların fasiləsiz davam etməsi, demək olar ki, ölkədə xaos yaradıb. Digər tərəfdən, iqtisadiyyatın tam tənəzzülə uğraması, koronavirus pandemiyasının dərinləşməsi, müharibədə öldürülənlərin cəsədlərinin hələ də ailələrinə verilməməsi Paşinyan hakimiyyətini çıxılmaz vəziyyətə salıb. Bu səbəbdən də iqtidar komandasında parçalanma baş verib, onların arasında müxalifətlə həmrəy olub baş nazirin istefasını tələb edənlər var.


Jurnalistlər də etiraz edənlərə qoşulublar


Son etiraz aksiyaları zamanı N.Paşinyanın istefasını tələb edən Yerevan sakinləri şəhərin iki prospektini hərəkət üçün tam bağlayıblar. Polis yolu güc tətbiq etməklə açmağa cəhd göstərib, aksiyanı dağıtmaq üçün hərbi bölmələr cəlb olunub. Onlarla aksiyaçı hadisə yerindən polis şöbəsinə aparılıb. Onların arasında Ermənistan parlamenti aparatının keçmiş rəhbəri Ara Saqatelyan, separatçıların nümayəndəsi Tiqran Abramyan, keçmiş deputat Miqran Akopyan və başqaları da var. Etirazçılar küçələri avtomobillərlə bağlayıblar. Polislər evakuatorların yardımı ilə yolu açırlar.

Ermənistan KİV-inin məlumatına görə, son aksiyalardan etibarən zorakılığa məruz qalan jurnalistlər də etiraz edənlərə qoşulublar. Noyabrın 10-dan başlayan mitinqlər zamanı polislərin zorakılığına məruz qaldıqlarını bildirən jurnalistlər onlara qarşı güc tətbiq edənlərin həbsini tələb edirlər.Söz azadlığı adı altında yayılan bəyanatda deyilir ki, noyabrın

9-dan 10-na keçən gecə Yerevanda Ermənistan xüsusi xidmət idarəsinin əməkdaşları bir qrup jurnalisti döyüb. O cümlədən KİV nümayəndələrinin toplandığı əraziyə səs qumbaraları atılıb və jurnalistlərin arasında xəsarət alanlar var. Zərərçəkənlər ədalət bərpa olunanadək bütün lazımi vasitələrə əl atacaqlarını deyiblər.

Ermənistan mediasının yazdığına görə, hər gün axşam saatlarınadək Yerevanın küçələrində istefa şüarları səsləndirilir. Etirazçılar küçələrə əllərində "Paşik qatildir!”, "Xəyanətkar Nikol!” yazılmış şüarlarla çıxıblar.


Yerevanda həbslər davam edir


Yerevandakı etiraz aksiyaları ilə əlaqədar həbs olunanların sayının artacağı istisna edilmir. Çünki hakimiyyət özü üçün təhlükəli saydığı şəxsləri daha çox həbsə atmaqla onları neytrallaşdırmağa üstünlük verir. Elə baş nazirin açıqlamaları da həbslərin davam edəcəyini deməyə əsas verir. "4rd.am” saytı yazır ki, N.Paşinyan ölkədə ona qarşı etirazların artıq sona yetdiyini, amma tam həll olunmadığını deyib. O, yaxın ətrafına söhbəti zamanı paytaxtdakı yolları bağlayanları, hökumət binalarına qanunsuz daxil olanları vətənpərvər şüarlar və sosial ədalət çağırışları altında gizlədən terrorçular adlandırıb: "Ermənistan baş naziri deyib ki, bu məsələ ilə bağlı hərtərəfli istintaq aparılmalıdır. Yerevan nə Beyrut, nə də Hələbdir və burada qiyam mümkün deyil, hər kəs əməlinə görə qanun qarşısında cavab verməlidir”.

Qeyd edək ki, belə bir ərəfədə diqqət Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyana yönəlir. Ondan baş verənlərə münasibət bildirməsi təklif olunub. Bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan "Facebook” səhifəsində yazıb. Lakin o qeyd edib ki, hakimiyyət uğrunda çəkişmələrin, Paşinyana qarşı etirazların yüksəldiyi hazırkı şəraitdə L.Ter-Petrosyan gərginliyin daha da dərinləşməsində iştirak etmək istəmir. Bununla belə mətbuat katibi bildirib ki, Ermənistanın ilk prezidenti danışarsa, adətinə görə, erməni xalqının başına gətirilən fəlakətin səbəbləri barədə bütün həqiqətləri açıqlamaya bilməz, hələlik isə bunun vaxtı deyil.


Sarkisyandan məğlubiyyət etirafları


Ölkənin indiki prezidenti Armen Sarkisyan isə yerli "Arovat” nəşrinə müsahibəsində deyib ki, Ermənistan təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və diplomatik müharibədə də Azərbaycana uduzub. Bildirib ki, bu illər ərzində Azərbaycana müqavimət göstərə biləcək ordu qura bilməyiblər, hərbi texnika və hazırlıq olmayıb: "1994-cü ildə biz qalib dövlət idik, dünyada, o cümlədən Avropada və NATO-da düşünürdülər ki, regionda ən güclü ordu bizimdir. Həmin vaxt Qarabağda erməni əhalisinin sayı 100 mindən bir qədər çox idi. Biz bu demoqrafik müharibəni uduzduq. 26 ildən sonra Qarabağda 500-600 min erməni yaşaya bilərdi. Hansı şəkildə bunu edə bilərdik? - müzakirə etmək istəmirəm, amma düşünürəm ki, mümkün idi”. Sarkisyan həmçinin vurğulayıb ki, Azərbaycan öz diplomatiyasını da gücləndirmək üçün hər şey etdi.

Prezident erməni mediasını da tənqid edib, bu sahədə də Azərbaycandan geri qaldıqlarını deyib. Bundan başqa, o, Ermənistanda informasiya texnologiyaları sahəsinin inkişafı ilə bağlı deyilənlərlə razı olmadığını bildirib. Sarkisyanın sözlərinə görə, Ermənistanda elm də geri qalıb: "Ölkənin Elmlər Akademiyası bir neçə dəfə ixtisar edilib, daha pis maliyyələşdirilir. Çox yaxşı alimlərimiz var, insanlar var, amma sistem yoxdur”.

Göründüyü kimi, Ermənistanda bir sıra sahələrdə vəziyyətin ağır olduğu, heç bir inkişafın baş vermədiyi ölkənin prezidenti tərəfindən də etiraf olunur. Lakin Ermənistan müstəqil ola bilmədiyi üçün dövlətin rəhbəri əksər problemlər barədə danışa bilmir. Ən azından Ermənistan iqtisadiyyatı barədə fikirlərini bildirməkdən yayınır.

Ermənistanın bütün problemlərinin kökündə dayanan əsas səbəb isə illər ərzində işğal siyasəti yürütməsidir. Bu siyasətin nəticəsində ölkə inkişafdan geri qalıb, vətəndaşları səfil vəziyyətinə düşüb. Azərbaycan isə 44 günlük müharibədə torpaqlarını azad etməklə yanaşı, Ermənistana olduqca dərin siyasi, hərbi, həm də iqtisadi və mənəvi zərbə vurub. Hazırda tarixinin ən ağır günlərini yaşayan Ermənistanın bu zərbələrdən özünə gələ bilməsi mümkün deyil.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM