Alternative content

13:46 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şirvan şəhərinin “Bizim həyət”i
Şirvan şəhərinin “Bizim həyət”i
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:10 22.11.2020


Səhər saat 10 radələridir. Havanın çiskinli olmasına baxmayaraq, Şirvan şəhər sakinləri Energetik 9, Leytenant M.İbrahimov 8 və 10 saylı binaların əhatə etdiyi ərazidə abadlaşdırılmış həyətə toplaşmışdılar. Sakinlərin hər birinin üzündə razılıq, məmnunluq, sevinc hissi duyulurdu.

Qeyd edək ki, bu abadlaşdırma və quruculuq işləri Heydər Əliyev Fondunun vitse-pezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət” layihəsi çərçivəsində reallaşdırılmışdır. Abadlaşdırılan həyətin ətrafındakı yaşayış evlərində 700-dən çox insan yaşayır.

"Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasından ibarətdir. Həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkətinin nəzərə alınması ilə yanaşı, uşaqlar üçün də əlverişli şərait yaradılıb. Eyni zamanda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları quraşdırılıb, oyun meydançaları salınıb.

Sahəsi 1,5 hektar olan həyətin ərazisində 6 söhbətgah inşa edilib, oturacaqlar qoyulub. Sakinlərin istək və maraqları nəzərə alınaraq həyətə işıqlandırma sistemi, təhlükəsizlik kameraları da quraşdırılıb. Binaların fasadları və giriş hissələri tam təmir olunub. İnfrastruktur, o cümlədən işıq, qaz, su, kanalizasiya, rabitə sistemi yenidən qurulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq yeni ağaclar və gül kolları əkilib. Onu da bildirək ki, sözügedən həyət layihə çərçivəsində Bakıdan kənar rayonlarda abadlaşdırılan ilk həyətdir.

Abadlaşdırılmış yeni həyətin istifadəyə verilməsi ilə bağlı keçirilən tədbiri Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açdı. Sonra IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, şəhər sakinləri Gülnarə İbrahimova, Yaqun Salmanov və başqaları çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Qarabağı düşmən tapdağından azad etməsindən, bu böyük hadisənin doğurduğu sevincdən söz açdılar, habelə istifadəyə verilən həyətin sakinlərinin, xüsusən də uşaqların və gənclərin həyatında böyük rol oynayacağından danışdılar. Tədbirin sonunda ağacəkmə kampaniyası keçirildi.

Seyran CAVADOV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM