Alternative content

14:28 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu möhtəşəm günləri heç vaxt unutmayacağıq
Bu möhtəşəm günləri heç vaxt unutmayacağıq
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:02 22.11.2020


Torpaqlarımızın hər qarışı mənim üçün müqəddəs və əzizdir. Yurdumuzun uzun illər işğalda qalması biz hərbçiləri çox narahat edirdi. Günlərin birində döyüşlərin başlanacağını və bu narahatçılığa son qoyulacağını gözləyirdik.

Axır ki, həmin gün qapımızı döydü. Qorxmadan, cəsarətlə, hünərlə döyüşlərə atıldıq. Böyük igidlik və rəşadət göstərərək torpaqlarımızı erməni işğalçılarından təmizlədik. Yurdumuzu qəsbkarlardan azad etdiyimizə görə bu gün üzümüz gülür, könlümüz açılır. Təkcə biz yox, illər uzunu əzablarla dolu olan köçkünlük həyatı yaşayan insanlarımız da sevinirlər. Onlar yaxın vaxtlarda doğma ocaqlarına qayıdacaqlarının sevincini yaşayırlar. Bu qüruru, bu fərəhi qaçqınlara, köçkünlərə bəxş etdiyimizə görə özümüzü xoşbəxt sanırıq. Artıq Vətən müharibəsi qələbəmizlə başa çatıb, düşməni məğlubiyyətə uğratmışıq, onları diz çökdürmüşük. Atəş səsləri kəsilib, silahlar susub. İndi yer də, göy də rahat nəfəs alır. İnşallah, çox qısa müddət ərzində köçkünlər bu yerlərə qayıdacaq, zəhmətləri ilə kənd-kəsəklərimizi cənnətə döndərəcəklər. İşğaldan azad edilmiş şəhər və kəndlərdə həyat əvvəlki axarına düşəcək.

Mən daha çox Şuşa şəhərinin işğaldan azad edilməsinə sevindim. Bayrağımızın burada dalğalandığını görəndə xoş hisslər keçirdim. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də çıxışlarının birində demişdir: "...Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”. Şükürlər ki, uğurlu döyüşlərdən sonra Azərbaycan Ordusu üçrəngli bayrağımızı Şuşada dalğalandırdı! O möhtəşəm günü heç vaxt unutmayacağıq.

Mübariz YARALIYEV,

əsgər





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM