Alternative content

13:28 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətən müharibəsində iştirakımla qürur duyuram
Vətən müharibəsində iştirakımla qürur duyuram
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:57 22.11.2020


Əslində, Qarabağ müharibəsi bitməmişdi, sadəcə olaraq döyüşlər dayandırılmışdı. Torpaqlarımızın erməni işğalçılarından dinc yolla azad edilməsi məqsədi ilə uzun illər idi ki, danışıqlar aparılırdı. Amma son nəticədə məlum oldu ki, düşmən işğal etdiyi ərazilərimizdən danışıqlar yolu ilə çıxmaq istəmir.

Bu azmış kimi, illərlə işğalda saxladıqları əraziləri qaytarmaq əvəzinə, sentyabrın 27-də yeni torpaqlar ələ keçirmək üçün mövqelərimiz üzərinə hücuma keçdilər. Biz düşmən hücumunun qarşısını almaq üçün müdafiə olunmağa başladıq. Qəsbkarlar hücumlarını nə qədər gücləndirməyə çalışsalar da, geriyə addım atmadıq. Torpaqlarımızın azadlığı uğrunda bütün gücümüzlə müdafiə olunduq. Düşmənə sarsıdıcı zərbələr vurduq. Yağılar nə qədər güc göstərsələr də, güllələrimizdən yayına bilmədilər. Atılan hər güllə bir düşməni məhv etdi. Qısa müddət ərzində mövqelərimizi ələ keçirəcəyinə ümid edən işğalçıların arzuları puç oldu.

Biz igidliyimizlə, qəhrəmanlığımızla, dəqiq atəş zərbələrimizlə işğalçıların hücumlarını dayandırdıq. Azğınların gücü zəifləyən kimi əks-hücuma keçdik. Beləcə, ərazilərimizi dinc yolla qaytarmaq istəməyən erməni qəsbkarlarına bütün döyüşlərdə sarsıdıcı zərbələr vura-vura irəlilədik. Gərgin döyüşlərdən sonra düşməni illərdən bəri dayandığı mövqelərindən vurub çıxardıq. Zəfər dalınca zəfər qazandıq, uğur dalınca uğur qazandıq. Kənd-kənd, oba-oba, şəhər-şəhər ərazilərimizi erməni qəsbkarlarından azad etdik. Vətən müharibəsində iştirakımla qürur duyuram. Fəxr edirəm ki, bu gün üçrəngli bayrağımız Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada, Ağdamda və işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır. Çox qürurverici günlər yaşayırıq.

Rəşad Eyvazov,

gizir





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM