Alternative content

14:14 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Neftçalalı qəhrəman əsgər
Neftçalalı qəhrəman əsgər
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:56 22.11.2020


Neftçala şəhəri "6-cı məhəllə” deyilən ünvanda yaşayan, bir müddət bundan əvvəl Füzuli şəhəri uğrundakı şiddətli döyüşlərdə yaralanan Cəbrayıl Babayevlə görüşə gedirik. Payız yağışı təzəcə kəsmişdi. Elə bu yerdə düşünürsən ki, bu payız doğma Azərbaycanımız, onun dilbər guşəsi olan Qarabağımız üçün düşərli oldu.

Bizimlə birlikdə gedən şəhər bələdiyyəsinin işçisi uzaqdan darvazanı nişan verir: "Cəbrayılgilin evi bayraq asılan o qapıdır”. Sonra ərklə qapını açır, içəri keçirik. Hiss olunur ki, bu evə gəldiyi birinci dəfə deyil. Səliqə-sahmanlı həyətdə bizi yaralı əsgərimizin anası Çimnaz bacı qarşılayıb evə dəvət edir.

C.Babayevlə görüşüb, hal-əhval tutub "keçmiş olsun” deyirik. Qaraqaş, qaragöz, qarayanız, yaraşıqlı bir oğlandır. Söhbət zamanı məlum olur ki, keçən ilin oktyabr ayında ordu sıralarına gedib. Sentyabr ayının 27-də ordumuz əks-hücum əməliyyatına başlayanda Cəbrayıl Babayev də xidmət etdiyi hissənin bütün əsgərləri kimi düşmənə qarşı mübarizəyə atılır. Əsgər yoldaşları ilə birlikdə erməni işğalçılarına divan tutanlardan biri olur. Döyüşlərin birində onlardan 5-ni təkbaşına məhv edir. Amma növbəti qızğın döyüş zamanı yaxınlığına düşən mərmidən 6 qəlpə yarası alır: "Gözümü açanda özümü xəstəxana çarpayısında gördüm. Bir neçə dəqiqə keçmişdi ki, başımda ağrılar hiss etməyə başladım”.

İki gündən sonra Cəbrayılı Saatlı rayonundakı xəstəxanaya, oradan da Salyana göndərirlər. Bir neçə gün də burada müalicə olunur. Həkimlərin qərarı ilə Bakıya aparılır. Təcrübəli həkimlər qəlpələrdən birini çıxarmağa nail olurlar. Qalanlarının isə fəsad verməməsi üçün zaman keçdikcə çıxarılması qərarına gəlirlər. Beləliklə, Cəbrayıl Neftçaladakı evlərinə göndərilir.

C.Babayev evin tək oğludur. Özündən böyük bir bacısı var. Atası Vaqif Babayev neftçidir. Çimnaz xanım onun indi işdə olduğunu deyir. Sonra da əlavə edir: "Allah özü ermənilərin cəzasını verdi. Çıxıb getmək istəmirdilər. Lakin Ali Baş Komandanın rəhbərliyi ilə igidlərimiz mənfur düşməni qovaraq ərazilərimizdən çıxardılar. Görün bu ermənilər nə qədər yaramaz, vəhşi insanlardır ki, çıxıb gedəndə də evləri, məktəbləri, meşələri yandırırlar. Erməniləri müdafiə edənlər gərək onların bu əməllərini də görsünlər, kimin yanında dayandıqlarını, kimi müdafiə etdiklərini bilsinlər. Oğlum Cəbrayıl yaralansa da, bilirəm ki, o, Vətən uğrunda döyüşüb. Bu, xalqımızın haqq savaşı idi. Mən oğlumla fəxr edirəm. Fəxr edirəm ki, bu böyük qələbənin qazanılmasında onun da payı var. Allaha şükürlər olsun ki, Qarabağ savaşına son qoyuldu, sülh bərqərar oldu, özü də Qələbəmizlə! Prezidentimizə, Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığımı bildirirəm. Həkimlər Cəbrayılın sağlamlığını gündəlik nəzarətdə saxlayırlar. Oğlum günlər keçdikcə özünü yaxşı hiss edir. Payon rəhbərliyi, camaatımız da sağ olsun. Vaxtaşırı oğluma baş çəkirlər”.

Bəli, müharibə qələbəmizlə başa çatmışdır. Bu müharibə xalqımızın birliyini, müzəffər ordumuzun döyüş qabiliyyətini göstərdi. Şəhidlərimizin hər birinin ruhu indi şaddır. Uğrunda vuruşduqları Qarabağ erməni faşistlərinin tapdağından azad edilmişdir. Ölkəmizin hərb salnaməsində hər bir şəhidin, hər bir qazinin xüsusi yeri var. Neftçaladan olan əsgər Cəbrayıl Babayev kimi...

Seyran CAVADOV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM