19:41 04 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sinəsində vətən eşqini daşıyan oğul
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:55 22.11.2020


Bəşəriyyətin ən dəyərli nemətləri siyahısında vətən torpağı xüsusi yer tutur. Mənəvi dünyamızın qapısının kilidini bu sevgi ilə yaşayanların nəfəsi, ahı, nərəsi, qəzəbi və qüruru bir andaca aça, özünün belə inanmadığı rəşadətləri yarada və çətinlikləri dəf edə bilər.

Vətən müharibəsi başlayandan hər birimizin şahidi olduğu hadisələrdən söz açmaq istərdik. Müharibənin ilk günündən başlayaraq hərbi səfərbərlik şöbələrinin qarşısına sel kimi axışan könüllülər bu sevginin daimi varlığını bir daha sübut etdi. Övladlarını cəbhəyə yola salan valideynlər onlara bir bala kimi yox, müdafiəçi, qürur yeri, söykənəcək dağ kimi baxırdı. Hamı övladını gülər üzlə döyüşə yola salırdı.

Belə oğullardan biri də Yusibov İsmayıl Orduxan oğludur. O, 1988-ci ildə Sumqayıtda anadan olub. Atası Orduxan əslən Ermənistandandır və Sumqayıta təyinatla gəlmişdi.

- Elə uşaqlıqdan İsmayıl həmişə atasına tapança aldırardı. Uşaqlar arasnda dava-dava oyununda qalib gəldiyini evdə hamıya danışar, öz "silah-sursatı”nı aparıb gizlədərdi. Niyə belə etdiyini soruşanda, mənim silahımın yerini kimsə bilərsə nə döyüşçüyəm ki, deyərdi. O oyuncaqların bəziləri indi də evimizdədir, - deyə anası Esmira xanım bildirir.

Sumqayıt şəhər Texniki Təbiət Elmləri Liseyində təhsil alan İsmayıl olimpiadalarda iştirak etmiş, dəfələrlə fəxri fərman və diyər hədiyyələrlə mükafatlandırılmışdır. Orta məktəbi bitirən ili 695 balla Bakı Dövlət Universitetinin Elektro-mexanika fakültəsinə qəbul olmuşdu.

- Atası Birinci Qarabağ savaşında iştirak etmişdi, - deyə Esmira xanım söhbətinə davam edir. - Hələ o vaxtlar İsmayıl balaca uşaq idi. Atası evdə döyüşlərdən danışanda həvəslə ona qulaq asardı. Bir dəfə sonda qəflətən atasına dedi ki, indi nə olacaq, onlar bizi vuracaq, yoxsa biz onları? Atası sakitcə "Deyəsən, artıq onlar bizi vurublar” cavabını verdi. Uşaq üç-dörd gün fikirli gəzdi və bir axşam söhbət zamanı dedi: "Ata, qorxma, biz böyüyək, başlarını əzərik onların”. O, bu sözləri deyəndə 6 yaşı vardı. İndi balam könüllü döyüşə gedib sözünə sahiblik edir.

Təhsilini başa vurub əsgəri xidmətə yollanan İsmayıl geri qayıdandan sonra ixtisası üzrə "Azərsu”nun Sumqayıt şöbəsində çalışırdı. Bir qədər sonra bir neçə dostu ilə birləşərək sahibkarlıq fəaliyyəti ilə məşul oldu.

Esmira xanım:

- İnsanın vətənə bağlılığı onun hərəkətində özünü göstərməlidir. Vətənin ağır günündə qaçıb gizlən, sonra sakitlik yarananda çıx ortaya ki, bəs, mən də varam. Əsl vətən sevgisi gərək səni onun yolunda bütün çətinliklərə daşısın. İsmayıl sentyabrın 27-də - müharibənin ilk günündə döyüşlərin başlaması xəbərini alan kimi cəbhəyə getmək qərarını verdi.

Səhəri evdə cəbhəyə könüllü getmək istədiyini bildirdi və Sumqayıt şəhər Səfərbərlik şöbəsinə gələrək ərizə ilə müraciət etdi. Əsgəri xidmətdə artilleriyada olduğuna görə onun ərizəsini qəbul etdilər. Sentyabrın 29-da Sumqayıtın birinci könüllüləri siyahısında İsmayıl da cəbhəyə yola düşdü.

- İsmayılı yola salandan hər gün elə bil quş qanadında uçurduq, - deyə Esmira xanım əlavə edir. - Qələbə xəbərləri bizi o qədər sakitləşdirirdi ki, günün necə keçdiyini bilmirdik. Hər dəfə qələbə sevinci yaşayanda düşünürdüm ki, bu uğurda mənim də balamın payı var. Özü ilə arada əlaqə yaradırdıq. Amma elə uşaqlıqdan o söz danışan olmayıb. Yenə "hər şey yaxşıdır, ermənilərin başını əzirik, qələbə bizimdir” deyirdi. Bir dəfə bacısı dedi ki, qardaş, sənə isti paltar göndərək. Cavab yazdı ki, sinəsi vətən sevgisi ilə isinənləri soyuq əyə bilməz.

"Balaların inanc yeri anaların südündən asılıdır” deyib müdriklər. Nanəcibə nə yedizdirsən, süfrənin başında da əyləşdirsən, yenə də sənə xəncəl çalacaq. Mərdlərin isə həmin çör-çöpü vətən torpağından təmizləmək üçün həmişə əlində qılıncı olmalıdır.

Akif ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM