Alternative content

13:19 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Erməni vəhşiliyi
Erməni vəhşiliyi
ANA SƏHİFƏ / SİYASƏT
01:48 22.11.2020


Bütün dünya görməlidir ki, biz hansı düşmənlə üz-üzəyik


Azərbaycanın qələbəsi, deyəsən, ermənilər tərəfindən heç cür həzm edilmir. Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin noyabrın 10-da imzaladıqları razılaşmaya əsasən, Ermənistan silahlı qüvvələri dekabrın 1-dək Kəlbəcər, Laçın, Ağdam rayonlarını tərk etməlidirlər. Artıq ermənilər 30 ilə yaxındır işğalda saxladıqları Kəlbəcər rayonunu tərk etməyə başlamışlar və bu zaman onların vəhşiliklərinin son həddinin şahidi oluruq.

Uzun illərdir işğal etdikləri tarixi Azərbaycan torpaqlarında milli-mədəni irsimizi dağıdan, abidələrimizi məhv edən, insanlarımızın əmlakını ələ keçirən erməni terrorçuları bu gün Kəlbəcərdən çıxarkən növbət terrorlar törətməkdən də əl çəkmir, öz çirkin xislətlərini bir daha nümayiş etdirirlər. Budur həmin vəhşiliklər: əşyalarını çıxardıqdan sonra evlərə od vurub yandırırlar. Bunu təkcə xarici media deyil, özlərinin yerli mətbuatı da sanki bir "qəhrəmanlıq” nümunəsi kimi təqdim edir. "BBC”nin yaydığı videoreportajda həmin mənzərələr də özünü göstərir. Reportajdan görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta evlərin qapı-pəncərə çərçivələrini belə aparırlar. İşğal olunmuş ərazilərdə maddi-mədəni sərvətlərimizin dağıdılması və qarət olunması bu gün də davam edir: ermənilər apara bilmədiyi hər şeyi yandırırlar, ekoloji terror törədirlər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu faktı "İnterfax”a müsahibəsində də bildirib: "Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşi qəbilə keçib. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə quldurluqdur”.

"BBC” televiziyasına danışan ermənilər deyirlər ki, onların yaşamayacaqları evlərdə azərbaycanlılar yaşaya bilməz: "Ona görə də yandırırıq...”

Görüntülər də təsdiqləyir ki, məhv edilən təkcə evlər deyil, təbiətə də böyük ziyan vurulur. Bu həm də dünyanın uzun illər torpaqlarımızı işğalda saxlayan ermənilərin özünütəqdimatıdır: dağıtmaq, məhv etmək, tarixi silməyə çalışmaq - budur onların xisləti...

Azərbaycan, bildiyimiz kimi, daim beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verir. Ölkəmizin bu mövqeyi bütün dünyada müsbət qarşılanır və təqdir edilir. Dünya mədəniyyətinə, irsinə, tarixinə mühüm töhfələr verən Azərbaycandan fərqli olaraq, ermənilər tarixi, dini abidələrə qarşı vandallıqları ilə tanınırlar.

Xislətində terrorçuluq olan ermənilər maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin islam mədəniyyətinə aid bütün muzeyləri, məscidləri, abidələri viran qoyurlar. Bu, vandalizm aktının sübutudur.

Bütün bu söylənilənlər təsdiqləyir ki, təcavüzkar Ermənistan Kəlbəcər rayonunda meşələri qəsdən qırmaqla və yandırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir. Ombudsman Aparatı bununla yanaşı müraciət də qəbul edib. Müraciətdə bildirilir ki, bu, regionun, ümumilikdə isə planetin durumuna ciddi zərər vuran ekoloji cinayətdir.

Ombudsman Səbinə Əliyeva yerli və xarici medianın faktlarla təsdiq etdiyi, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edərək onları təcavüzkar tərəfindən davam etdirilən ekoloji terrorun qarşısının alınması ilə bağlı təcili tədbirlərin görülməsinə çağırıb.

Qarabağ müharibəsində uğursuzluğa düçar olan və Azərbaycan Ordusu qarşısında darmadağın edilən Ermənistan silahlı qüvvələri Kəlbəcəri tərk etməyə məcbur edilib. Ərazini tərk edən erməni əhali isə gedərkən yanğınlar törədir.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ekoloji QHT-lər, Azərbaycan ictimaiyyəti dünən sosial şəbəkələrdə və televiziyalarda Kəlbəcərin ərazisində ermənilərin barbarlığını nümayiş etdirən foto və videolarda əks olunanları qətiyyətlə pisləyir və bu hərəkətləri insanlığa, təbiətə qarşı əsl düşmənçilik kimi qiymətləndirir”.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında onu da bildirib ki, təcavüzkar Ermənistan tərəfindən işğal altındakı ərazilərdəki flora və faunanın məhvi, xüsusən də Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunmuş digər məkanlarda yaşı iki min ildən artıq olan təbiət abidələrinin - çinarların kəsilməsi, Şuşa ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforla yandırılması, bu günlərdə isə Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətdir: "Bu barbarlığa biz yayılan foto və videolarda bir daha şahid olduq. Bu ekoloji cinayətlər illərlə "Azərkosmos”dan alınmış fotofaktlarda da təsdiq olunub. Eyni zamanda yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırımı yaradılmış əməliyyat qrupunda təmsil olunan əməkdaşların keçirdiyi monitorinqlərin ilkin nəticələrində də öz əksini tapıb”.

Həmçinin qeyd edilib ki, mövcud faktlar müvafiq beynəlxalq konvensiyaların katibliklərinə təqdim olunub: "Təbiətin məhv edilməsinə, qonşu xalqa nifrət və düşmənçiliyin bu cür vəhşi formada ifadəsinə son qoyulması, talançılığın qeydə alınması və ziyanların hesablanması üçün beynəlxalq müşahidə və qiymətləndirmə qrupları Azərbaycana dəvət olunacaq”.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM