Alternative content

13:37 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daha bir qələbəmiz koronavirus üzərində olacaq
Daha bir qələbəmiz koronavirus üzərində olacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:55 21.11.2020


Müzəffər Ordumuzun qələbəsindən sonra bizim mübarizəni hamılıqla davam etdirməli olduğumuz daha bir düşmən də qalır. Bu, bütün dünyanı çənginə almış koronavirus pandemiyasıdır.

Təhlükəli xəstəliyin Çinin Uhan şəhərində ilk işartılarının görünməsindən artıq bir ildən çox vaxt ötür. Bu müddət ərzində koronavirus pandemiyası planetimizdə böyük dəyişikliklərə səbəb oldu. Müxtəlif ölkələrdə on minlərlə insanın həyatına son qoydu. Əfsuslar olsun ki, pandemiya Azərbaycandan da yan keçməydi. Hazırda isə bir çox ölkələrdəki kimi bizdə də koronavirusun növbəti dalğasının yayılmasına şahidik. Dövlətimizin həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində Azərbaycan bu xəstəliklə mübarizədə ən az itki verən ölkələrdən olsa da, təhlükənin miqyası kifayət qədər böyükdür. Artıq gündəlik yoluxma statistikası iki mini keçir.


İkiqat məsuliyyətli olmalı


Vətəndaşlarımız indi xəstəlikdən qorunmaq üçün tətbiq olunan qaydalara riayət edilməsi məsələsində ikiqat məsuliyyətli olmalıdırlar. Çünki işğalçı Ermənistana qarşı hərbi əməliyyatların gərgin mərhələsini yenicə başa vurmuşuq. Amma hələ hərbi vəziyyət davam edir. Apardığımız haqq davasında yaralanmış xeyli sayda qəhrəman hərbçimiz var. Onların bir qisminin müalicəsi xəstəxanalarda aparılır. Tibbi personalın mühüm hissəsi onların sağlamlığının bərpasına cəlb olunub.

Bizim də hazırda onların sağlamlığına ən böyük töhfəmiz özümüzü koronavirusdan qorumaq olardı. Çünki bu xəstəliyə yoluxan hər yeni şəxs bir xəstəxana çarpayısının tutulması, onlarca tibbi heyətin onun qayğısına qalması zərurətinin yaranması deməkdir.

Əlbəttə, həm koronavirusa yoluxmuş xəstələrin müalicəsi, həm testləşdirmə prosesinin aparılması və vaxtında qabaqlayıcı tədbirlərin görülməsi üçün dövlətimiz tərəfindən hazırda lazımi addımlar atılır. Ötən bir il müddətində koronaviruslu xəstələrin müalicəsi məqsədilə onlarca yeni xəstəxanalar istifadəyə verilib. Bu dövrdə tibb sektorunda yaranmış yeni vəziyyətin tənzimlənməsi məqsədilə də ardıcıl işlər görülür. Təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bununla belə, nəzərə almalıyıq ki, dövlətin resursları da hüdudsuz deyil. Ona görə indiki günlərdə tibbi personalın əsas diqqəti cəbhədə canları, qanları ilə zəfər qazanmış, bizi həsrətində olduğumuz böyük qələbəyə yetirmiş yaralı hərbçilərimizə yönəldə bilməsi üçün heç birimiz sağlamlığımıza etinasız yanaşmamalıyıq. Tətbiq olunan karantin qaydalarına ciddi əməl etməliyik.


Qaydalara əməl etmək vacibdir


Bu xəstəlikdən qorunmanın yolları, əslində çox sadədir. Maska taxmaq, sosial məsafə saxlamaq və dezinfeksiya tədbirlərini unutmamaqla koronavirusa yoluxma hallarının qarşısını xeyli dərəcədə almaq olar. Nəzərə almalıyıq ki, hazırda xəstəliyə qarşı mübarizə prosesi də müharibənin başqa bir formasıdır. Əsas fərq odur ki, bu cəbhədə təkcə əli silahlı əsgər və zabitlərimiz yox, hamımız varıq. Təhlükəli xəstəlik öz simptomları ilə hər birimizə hücum çəkir. Gözəgörünməz düşmənlə hamımız üz-üzəyik.

Hərbi əməliyyatların gedişində cəmiyyətimizin nəbzi döyüş bölgəsində vururdu. Hər birimiz cəbhəyə can atırdıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda haqq davası aparan qəhrəman əsgər və zabitlərimizin yanında olmaq istəyirdik. Onlara necəsə fayda verməyimizə çalışırdıq. Qələbəmiz üçün nələrsə etməyə can atırdıq.

Həkim və başqa tibb işçilərimiz də koronavirusla mübarizə cəbhəsinin fədakar qəhrəmanlarıdırlar. Azərbaycanın indiyə qədər bu xəstəlikdən ən az itki vermiş ölkələr sırasında olması məhz koronavirusla mübarizədə gecəsini-gündüzünə qatan tibb işçilərimizin əzmkarlığı sayəsindədir. Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, onlar qəhrəmandırlar.

Tibb işçiləri amansız xəstəliklə çarpışan xəstələrin pənahıdırlar. Şəfalı əlləri ilə insanları həyata qaytaran qüvvədirlər. Xəstə yaxınlarının ümid yeridirlər. Bəşəriyyət tezliklə bu bəladan da qurtulacaq. Biz birliyimizin gücü ilə koronavirusa da qalib gələcəyik və bu günlər hamımız üçün keçmiş haqqında bir xatirəyə çevriləcək. Həkimlərimizin fədakar əməyi isə heç zaman unudulmayacaq. Onların insanları xilas etməkdən ötrü çəkdikləri əziyyətləri, saatlarla əyinlərindən çıxarmadıqları xüsusi geyimlərin, gəzdirdikləri maskaların çöhrələrindəki izini, gözlərindəki yorğunluğu, amma, eyni zamanda, xəstəliklə mübarizə əzmini də həmişə sevgi ilə yada salacağıq.


Vətəndaş sayıqlığı


Təəssüflər olsun ki, işğalçı Ermənistanla haqq savaşımızda şəhidlər verdiyimiz kimi, koronavirusla mübarizədə də dünyalarını dəyişənlərimiz oldu. Viruslu xəstələrin müalicəsində fəal iştirak edən bir neçə həkim və tibb işçimiz bu amansız xəstəliyin qurbanına çevrildi. Ona görə biz öz məsuliyyətli davranışlarımızla bu cəbhənin qəhrəmanlarını da qorumalıyıq. Səhhətimizə etinasızlıq göstərib xəstəliyin miqyasını genişləndirməklə onların da sağlamlığını təhlükə altında qoymamalıyıq. Bu qəhrəmanların bizim dəstəyimizə indi daha böyük ehtiyacları var. Cəmiyyət olaraq biz tibb işçilərimizə köməyimizi, yardımımızı əsirgəməməliyik. Bunun üçün bizdən böyük bir əziyyət tələb olunmur. Hazırkı durumda onlara ən böyük köməyimiz isə özümüzü təhlükəli xəstəlikdən qoruyub işlərini, qayğılarını daha da artırmamağımızdan ibarətdir. Bu, indi fərdi məsələ deyil, böyük vətəndaş məsuliyyətidir.

Koronavirusun yeni dalğasının miqyasını nəzərə alaraq hazırda dövlətimiz karantin tədbirlərini sərtləşdirmək məcburiyyətində qalıb. Virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb. Xüsusilə həftəsonlarında ictimai nəqliyyatdan istifadə, həyati əhəmiyyətli fəaliyyət sahələri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlərin dayandırılması ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilib. Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. Yüksək risk qrupuna daxil olan yaşı 65-dən yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri məsləhət olunur. Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir. Bütün bunlar dövlətimizin inzibati qərarları qədər həm də vətəndaş məsuliyyəti ilə bağlı məsələlərdir.

Ümid edirik ki, hər bir vətəndaşımız karantin qaydalarına bundan sonra öz səhhətinə diqqəti qədər həm də yaralı hərbçilərimizə ehtiramı, xəstəxanalarda insanları amansız xəstəliyin çəngindən almaq üçün çarpışan tibb işçilərinin fədakar əməyinə sayğısı kimi əməl edəcək. Və biz çox tezliklə koronavirus üzərində də zəfər qazanacağıq.

İradə ƏLİYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM