Alternative content

22:50 02 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müharibə də Ağdam kəndlisinin əlini işdən soyuda bilmədi
Müharibə də Ağdam kəndlisinin əlini işdən soyuda bilmədi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:52 21.11.2020


Qarabağda artıq atəş səsləri eşidilmir. Şanlı ordumuz, qəhrəman Azərbaycan əsgəri müqəddəs Vətən müharibəsində düşmənin silahlı qüvvələrini darmadağın etmişdir. Ermənistan həm hərbi, həm də siyasi cəhətdən rüsvayçı məğlubiyyətə uğramışdır.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti, qətiyyətli sərkərdə bacarığı sayəsində xalqımız 30 ildən bəri həsrətlə gözlədiyi parlaq qələbəyə qovuşmuşdur.

Ağdam cəbhə bölgəsidir. Rayonumuzun ümumi ərazisinin dörddəüç hissəsi uzun illərdən bəri Ermənistan silahlı qüvvələrinin işğalı altında idi. Biz ağdamlılar bu günü, düşməndən qisas alacağımız məqamı səbirsizliklə gözləyirdik. Müharibədə yeni mərhələ başladı və qəhrəman Azərbaycan əsgəri nəyə qadir olduğunu tam aydınlığı ilə göstərdi. Çox qısa bir zaman ərzində işğal altındakı torpaqlarımızın əhəmiyyətli hissəsi azad olundu. Üçrəngli müqəddəs bayrağımızın Cəbrayılda, Hadrutda, Zəngilanda, Qubadlıda, Şuşada və nahayət Ağdamda, eləcə də digər yaşayış məntəqələrində ucaldılması təbii olaraq hər bir ölkə vətəndaşının ürəyini sonsuz qürur hissi ilə doldurdu.

Vətən müharibəsinin davam etdiyi günlərdə ağdamlılar döyüş meydanında olduğu kimi, arxa cəbhədə əmək meydanında da gerçək fədakarlıq nümunəsi göstərdilər. Başımıza artilleriya mərmiləri, raketlər yağdığı, evlərimzin dağıldığı, mülki əhali arasında həlak olanların olduğu çətin məqamlarda belə, ağdamlılar ruhdan düşmür, qələbə naminə gerçək hünər göstərirdilər. O ağır günlərdə təsərrüfat işləri inamla davam etdirilirdi. Həmin hünərin nəticəsidir ki, bu gün Ağdam kəndlisinin dövlət və xalq qarşısında üzü ağdır. Keçən illə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükü nəinki azalmış, əksinə, xeyli artmışdır. Cari ilin 9 ayı ərzində rayon üzrə istehsal edilən kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 114,6 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,5 faiz çoxdur. "Sarı kəhrəba” ustalarımız 14347 hektar sahədən 55530 ton taxıl istehsal etmişlər. Cari ildə 5545 ton kartof, 74975 ton tərəvəz, 2184 ton bostan məhsulları, 342 ton şəkər çuğunduru, 1006 ton meyvə, 210 ton üzüm tədarük olunmuşdur. Heyvandarlıq məhsulları istehsalında da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artım əldə edilmişdir.

Bu il rayonumuzun təsərrüfatlarında 2120 hektar sahədə pambıq əkilmiş, aqrotexniki tələblərə ciddi əməl edilməsi sayəsində tarlalarda bol məhsul yetişdirilmişdir. Məhsul yığımı müharibənin qızğın çağına təsadüf etsə də, nisbətən təhlükəsiz ərazilərdə yığım davam etmişdir. İndiyədək tədarük məntəqələrinə 4500-dən çox ton pambıq təhvil verilmişdir. Hələ tarlalarda xeyli məhsul var. Böyük zəhmət, alın təri hesabına hasilə gələn bu qiymətli məhsulu son qozasınadək yığıb təhvil vermək əzmindəyik.

Vətən müharibəsinin qələbə ilə başa çatması Ağdamda yüksək əhvali-ruhiyyə, gerçək bayram ovqatı yaratmışdır. Əminik ki, tezliklə biz işğaldan azad edilmiş doğma yurdumuza dönəcəyik. Qarşıda qürur doğuracaq görüləsi işlərimiz çoxdur. Biz dövlətimizin gücünə, qüdrətinə arxalanıb Ağdamı yenidən quracaq, hər qarışını cənnətə döndərəcəyik.

Ramal MƏMMƏDOV,

Ağdam Dövlət Aqrar İnkşaf Mərkəzinin direktoru





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM