Alternative content

22:51 02 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mobil Ödəmə xidməti indi “Azercell” Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu
Mobil Ödəmə xidməti indi “Azercell” Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu
ANA SƏHİFƏ / ELANLAR
00:44 21.11.2020


Ölkənin lider mobil operatoru "Azercell Telekom” bütün abunəçilərinin işini asanlaşdıran "Kabinetim” tətbiqi çərçivəsində Mobil Ödəmə xidməti ilə bağlı növbəti yeniliyi təqdim edir.

Belə ki, ilin əvvəlində Sim-Sim abunəçiləri üçün istifadəyə verilən Mobil Ödəmə xidməti artıq "Azercell” Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu.

Rəqəmsal həlləri daha da əlçatan etməyi hədəfləyən "Azercell” bu gunə qədər "Kabinetim” mobil tətbiqi ilə bir sıra yenilikləri abunəçilərinin ixtiyarına verib. Bunlardan biri və gələcək inkişaf baxımından xüsusilə önəmli olanı Mobil Ödəmə xidmətidir. Mobil Ödəmə xidməti nağd puldan, ödəmə kartından istifadə etmədən yalnız mobil telefon nömrəsinin balansından vacib gündəlik ödəmələri həyata keçirməyə imkan verir.

"Azercell”in Mobil Ödəmə xidməti gündəlik həyatın bir çox sahələrini əhatə edir. Abunəçilər sadəcə "Azercell” balansı hesabına heç bir əlavə prosedurdan keçmədən kommunal (qaz, elektrik enerjisi, su, istilik) xərclərini ödəyirlər. Burada, həmçinin internet və kabel televiziya xidmətlərinin haqqını ödəmək,eləcə də, E-İmza, stasionar telefon rabitəsi xidmətləri üçün ödəniş etmək imkanı yaradılıb. Mobil Ödəmə vasitəsilə, həm də, digər "Azercell” abunəçilərinin balansını artırmaq, müxtəlif əyləncəli oyunların hesabına pul yatırmaq mümkündür.

Mobil Ödəmə xidmətinin təqdim etdiyi ən son əhəmiyyətli imkanlardan biri də "Azercell” abunəçilərinin "Silahlı Qüvvələrə Yardım Fondu”na birbaşa ianə etmək imkanının mümkünlüyü oldu. Eyni zamanda bu xidmətdən istifadə etməklə qlobal cəmiyyətin mühüm problemi olan "Koronavirusla Mübarizəyə Dəstək Fondu”na da ianə etmək olar.

Qeyd edək ki, xidmətdən istifadənin digər şərtləri ilə "Azercell”in rəsmi saytı, eləcə də tətbiq vasitəsilə Mobil Ödəmə Xidmətindən istifadə qaydaları bölməsindən tanış olmaq mümkündür.

Bank və mobil şəbəkələrin birləşməsindən irəli gələn yeni rəqəmsal yanaşma təklif edən Mobil Ödəmə layihəsi çərçivəsində xidmətlərin sayının genişləndirilməsi, xidmət spektrinin artırılması və digər servislərdən istifadə üçün şərait yaradılması nəzərdə tutulur. Mobil Ödəmə xidməti abunəçilərə "Azercell”in "Kabinetim” mobil əlavəsinin tərkibində təqdim olunur. "Kabinetim” tətbiqi abunəçiyə öz nömrəsinə tam nəzarət etmək, nömrə ilə bağlı əməliyyatları idarə etmək, ödəmələri həyata keçirmək, "Azercell” tətbiqlərinə abunə olmaq imkanını yaradır. "Kabinetim”lə balansı artırmaq, internet paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək və bir çox başqa əməliyyatları rahatlıqla icra etmək olar. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə "Azercell” müştəri xidmətlərinə müraciət etmək və QR skan ilə xidmətlərə qoşulmaq da mümkündür.

Daim təkmilləşən və funksionallığı artırılan "Kabinetim” tətbiqi "App Store” və ya "PlayStore”dan yüklənilir. Tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM