Alternative content

22:51 02 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İslam ölkələrində Fransa məhsullarının boykotu geniş vüsət alır
İslam ölkələrində Fransa məhsullarının boykotu geniş vüsət alır
ANA SƏHİFƏ / DÜNYA
18:38 18.11.2020

Dünyada COVID-19 pandemiyasının iqtisadi fəsadlarının artdığı bir vaxtda Fransa İslam dünyasının boykotu ilə qarşılaşıb. Müsəlman ölkələrinin böyük əksəriyyətində insanlar fransız məhsullarından imtina edirlər.

AZƏRTAC xəbər verir ki, Fransa məhsullarının boykotu bu ölkənin Prezidenti Emmanuel Makronun oktyabrın 21-də İslama və onun Peyğəmbərinə qarşı təhqirlərlə bağlı bəyanatından sonra başlayıb. Fransa Prezidenti bədnam karikaturaların bundan sonra da dərc ediləcəyini bildirib.

E.Makronun bəyanatına cavab olaraq, İslam dünyasında Fransa məhsullarının boykotu kampaniyası başlayıb. Dünyada məşhur olan fransız brendləri –"President” və "La Vache Qui Rit” pendirləri, "Danone”, "Activia” və "Evian” süd və su məhsulları, "Peugeot” və "Citroen” avtomobilləri, "Tefal” və "Moulinex” elektronika-məişət əşyaları, habelə "L’Oréal”, "Garnier”, "Chloe”, "Chanel”, "Nina Ricci”, "Cartier”, "Lancôme”, "Lacoste”, "Louis Vuitton” şirkətlərinin geyim və ətriyyatı Yaxın Şərq və digər regionlarda mağazalardan yığışdırılır. "Carrefour” supermarketlər şəbəkəsi də 16 ölkədə bağlanıb. Misir, Qətər və Küveytdə fransız məhsullarının mağazaların rəflərindən yığışdırılması videoları sosial şəbəkələrdə yayılıb.

İqtisadiyyat üzrə ekspertlər bildirirlər ki, boykot kampaniyası fransız şirkətləri ilə yanaşı, geniş supermarketlər şəbəkəsi, enerji, müdafiə sənayesi, moda və ətriyyat sektorlarında onlarla şərik olan Yaxın Şərq firmalarını da böyük zərərə uğradacaq. Hələ 2005-ci ildə İslam dinini təhqir edən Niderland şirkətləri analoji kampaniya nəticəsində 20 faizdən çox zərərlə üzləşmişdi.

Qeyd olunur ki, Fransa Yaxın Şərq ölkələrinə ən böyük taxıl ixracatçısıdır. Rəsmi rəqəmlərə görə, Əlcəzair fransız məhsullarını ən çox idxal edən 10, Mərakeş isə 17 ölkə sırasında yer alır. Ötən il bu müsəlman ölkələri Fransadan 2,1 milyard avro dəyərində məhsul idxal edib. Digər İslam ölkələri də fransız məhsullarının geniş istehlakçılarıdır.

Ekspert Mahmud İbrahim qeyd edib ki, mal və məhsulların idxalı ilə yanaşı, Fransanın turizm sektoru da bu boykotdan ağır zərbə alacaq. Onun sözlərinə görə, artıq 430 beynəlxalq turizm şirkəti Fransaya səyahət üçün aviaşirkətlərə bilet sifarişini dayandırıb. Turizm sektorunun Fransanın ümumi daxili məhsulunun 8 faizini təşkil etməsi, illik 56 milyard avro gəlir gətirməsi və 2 milyon insanı işlə təmin etməsi nəzərə alındıqda, bunun fransızlar üçün fəsadlarını təsəvvür etmək olar.

Boykot kampaniyasının genişlənməsi fonunda bəyanat yayan Fransa Xarici İşlər Nazirliyi bildirib ki, müsəlmanlar fransız cəmiyyətinin mühüm bir hissəsini təşkil edir. Bəyanatda İslam aləminə boykotun dayandırılması barədə müraciət yer alıb. Lakin bu çağırış müsəlmanlar tərəfindən rədd edilib. E.Makronun İslam dövlətlərinin başçıları ilə telefon danışıqları zamanı da sonuncular İslama qarşı hörmətsizliyin yolverilməz olduğunu vurğulayıblar.

Fransa şirkətlərinin boykot edilməsi kampaniyası Misir iqtisadiyyatına necə təsir göstərə bilər?

Şimali Afrika və Yaxın Şərqin ən mühüm ölkəsi olan Misirdə kənd təsərrüfatı, maliyyə, telekommunikasiya, avtomobil sənayesi, farmasevtika, tikinti, enerji və turizm üzrə çoxlu müştərək şirkətlər fəaliyyət göstərir. Hazırda Fransanın Misirə sərmayəsinin həcmi 5 milyard avrodur, ticarət dövriyyəsi isə 3 milyard avro təşkil edir.

Fransanın Ticarət və Sənaye Palatasının Misirdəki nümayəndəsi Həsən Benhamın sözlərinə görə, Qahirə və digər şəhərlərdə fəaliyyət göstərən 165 Fransa şirkətində 38 min insan işləyir.

Ərəb Dövlətləri Liqasının baş iqtisadçısı Mahmud Fəth-Allah fransız məhsullarının boykotunun Misir iqtisadiyyatına elə də ciddi təsir etməyəcəyi qənaətindədir. Onun sözlərinə görə, Fransa məhsulları Misirin ümumi idxalının cəmi 2 faizinə bərabərdir. Misir mal və məhsulları isə Fransa idxalının 0,5 faizi qədərdir.

İqtisadçı əlavə edib ki, fransız brendi ilə Misirdə istehsal edilən avtomobil, məişət elektronikası və digər məhsulların boykot edilməsi mümkün deyil, çünki onlar Fransadan gətirilmir.

Görünən odur ki, Fransa Prezidentinin məsuliyyətsiz bəyanatları fransız xalqına çox baha başa gələcək. Belə ki, İslam ölkələrində hətta öz müştərək şirkətlərinin zərərə uğraması fonunda belə boykot kampaniyası səngimək bilmir.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM