15:24 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

2021-ci ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
19:32 17.11.2020

2021-ci ildə 4 tutulma hadisəsi - 2 Günəş və 2 Ay tutulması baş verəcək.

Bu barədə AZƏRTAC-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. O bildirib ki, 2021-ci ilin birinci Günəş tutulması iyunun 10-da saat 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Bu, həlqəvarı Günəş tutulmasıdır. Onun maksimumu 14:43:06-da olacaq. Günəş tutulmasının həlqəvarı fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali/Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

İkinci Günəş tutulması 2021-ci il dekabrın 4-də saat 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Bu, tam Günəş tutulmasıdır. Onun maksimumu 11:34:38-də olacaq. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq. Tutulma hadisələri Azərbaycanda müşahidə olunmayacaq.

Xıdır Mikayılov vurğulayıb ki, birinci Ay tutulması mayın 26-da 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Bu, tam Ay tutulmasıdır. Onun maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq. İkinci Ay tutulması noyabrın 19-da saat 11:18:41-də başlayacaq və 14:47:04-də sona çatacaq. Bu, qismən Ay tutulmasıdır. Onun maksimumu 13:02:55-də olacaq. Hadisə Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean, Avstraliyada müşahidə olunacaq. Hər iki tutulmada Ay üfüqdən aşağıda olduğuna görə hadisələr Azərbaycanda müşahidə olunmayacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM